Prezidentin tapşırığı sürətlə icra edilir: 23 mindən artıq ailəyə ŞAD XƏBƏR » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Bakıda yeni təmir edilən park zibilxananı xatırladır (VİDEO)  |     22:50 İlon Mask blokçeyn texnologiyalarını tətbiq etməyi planlaşdırır  |     22:44 ABŞ Meksika sərhədinə minlərlə hərbçi göndərə bilər  |     22:25 Qumlaq kənd orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı şikayətlərə aydınlıq gətirilib  |     22:11 Salyanda yük maşınının çəni partlayıb, ata və oğul yanıq xəsarətləri alıb  |     22:01 Bunu etsəniz, daha az yemək yeyəcəksiniz  |     21:47 Kaya Kallas Azərbaycana səfər edəcək  |     21:25 Bu ərazidə evlər bərpa olunacaq, yeni binalar tikiləcək - Pul ayrıldı  |     21:17 ABŞ qanunsuz miqrantları hər gün deportasiya etməyi planlaşdırır  |     21:11 Azərbaycanda qadın o qədər təzyiq dərmanı içdi ki, öldü  |     20:57 Komaya düşən sabiq nazirin son durumu açıqlandı  |     20:49 Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb  |     20:33 ​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB  |     20:26 Yanacağa qənaət etməyin 10 SADƏ YOLU  |     20:21 Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb  |     20:13 Xəzər dənizində zəlzələ olub  |     20:07 Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib  |     20:01 Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq  |     19:53 KİV: Almaniyalı mühəndis 120 gün sualtı kapsulda yaşayıb  |     19:48 Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb - VİDEO  |    

Prezidentin tapşırığı sürətlə icra edilir: 23 mindən artıq ailəyə ŞAD XƏBƏR

Azərbaycan Respublikası Prezidentinin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" 19.02.2019-cu il tarixli 529 nömrəli Fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilmiş tapşırıqların icrası sürətlə davam etdirilir.

Median.Az
xəbər verir ki, Komitədən Trend-ə verilən məlumata görə, fərmana əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərində yerləşən çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismara hazırlığı barədə Fövqəladə Halar Nazirliyinin təqdim etdiyi rəylər əsasında 7 gün ərzində həmin binaların istismarına icazə verməlidir.

Fərman imzalandığı tarixdən bugünədək Fövqəladə Hallar Nazirliyinin Bakı şəhərində 134 ünvanda yerləşən çoxmənzilli yaşayış binası kompleksləri üzrə təqdim olunmuş rəyləri əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həmin binaların hər birinin istismasına icazə verilmişdir. Komitə tərəfindən verilmiş 134 icazə ümumilikdə 349 girişli çoxmənzilli binaları və cəmi 23183 mənzili əhatə edir.

Binaların istismara hazırlığı barədə rəy daxil olduqdan sonra istismara icazənin Fərmanla 7 gün ərzində verilməsi tapşırılsa da, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müvafiq icazələrin daha qısa müddət ərzində - əsasən 3-5 gün ərzində verilməsi təmin edilir. Binaların istismarına icazə verildikdən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müvafiq göstəricilər Tikintilərin Dövlət Reyestrinə daxil edilir, habelə Əmlak Məsələləri Dövlət Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə və Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinə yazılı məlumat göndərilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bugünədək verdiyi 134 istismara icazə 23183 mənzilin sahiblərinin mülkiyyət hüquqlarının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq olunması üçün əsasdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 330 26.08.19 22:50