Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Median.Az oxu.az-a istinadən xəbər verir ki, Yeni Ramana qəsəbəsində təxminən, 50 yaşlı Nailə Əliyeva tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
N.Əliyevaya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.