Azərbaycan sərhədlərində yeni qurğu quraşdırılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Bakıda yeni təmir edilən park zibilxananı xatırladır (VİDEO)  |     22:50 İlon Mask blokçeyn texnologiyalarını tətbiq etməyi planlaşdırır  |     22:44 ABŞ Meksika sərhədinə minlərlə hərbçi göndərə bilər  |     22:25 Qumlaq kənd orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı şikayətlərə aydınlıq gətirilib  |     22:11 Salyanda yük maşınının çəni partlayıb, ata və oğul yanıq xəsarətləri alıb  |     22:01 Bunu etsəniz, daha az yemək yeyəcəksiniz  |     21:47 Kaya Kallas Azərbaycana səfər edəcək  |     21:25 Bu ərazidə evlər bərpa olunacaq, yeni binalar tikiləcək - Pul ayrıldı  |     21:17 ABŞ qanunsuz miqrantları hər gün deportasiya etməyi planlaşdırır  |     21:11 Azərbaycanda qadın o qədər təzyiq dərmanı içdi ki, öldü  |     20:57 Komaya düşən sabiq nazirin son durumu açıqlandı  |     20:49 Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb  |     20:33 ​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB  |     20:26 Yanacağa qənaət etməyin 10 SADƏ YOLU  |     20:21 Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb  |     20:13 Xəzər dənizində zəlzələ olub  |     20:07 Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib  |     20:01 Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq  |     19:53 KİV: Almaniyalı mühəndis 120 gün sualtı kapsulda yaşayıb  |     19:48 Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb - VİDEO  |    

Azərbaycan sərhədlərində yeni qurğu quraşdırılacaq

Azərbaycanda doppler radar sisteminin quraşdırılacağı vaxt məlum olub.

"Baron" şirkətinin nümayəndəsi Sergey Brayl bildirib ki, şirkətin Milli Hidrometeorologiya Departamenti ilə bağladığı müqaviləyə əsasən, sistem ilin sonuna kimi Azərbaycana çatdırılacaq.

"2020-ci ilin birinci rübündə quraşdırma tam başa çatacaq. Radarın radiusu 250 kilometr, yağıntılar zonasının hündürlüyü isə altı kilometri əhatə edəcək. Bütün əraziləri əhatə etmək üçün xüsusi prinsipdən istifadə olunur. Əgər düzənlikdirsə, quraşdırılacaq qüllələrin məsafəsi 400 kilometri əhatə edəcək.

Sistemin bütün ölkəni əhatə etməsi üçün mürəkkəb və çətin hesablamalara ehtiyac var. 250 kilometr deyən zaman biz dənizi də nəzərdə tuturuq. Ona görə bu cihaz sahildə də quraşdırılmalıdır. Hətta qonşu ölkədən hava axınını görmək üçün sərhəddə də quraşdırılmasına ehtiyac var. Bütün bunları etmək üçün vaxt lazımdır", - deyə şirkət nümayəndəsi qeyd edib.

Mütəxəssisin sözlərinə görə, cihaz Azərbaycanda sentyabrda sınaqdan keçiriləcək:

"Daha sonra radar məlumatlarını oxuya bilmələri üçün biz radar mütəxəssisləri və meteoroloqlara təlimlər keçəcəyik. Sistem istismara verildikdən sonra real məlumatları öyrətmək üçün də təlim keçiriləcək".

"Baron" şirkətinin nümayəndəsi Brian Bellev isə deyib ki, doppler radar sistemi meteorologiya sisteminə yararlı olacaq:

"Sistemin əsas funksiyalarından biri təbii hadisələri öncədən bilib ictimaiyyətə məlumat verməkdir. Bu, ən son mövcud olan texnologiyadır ki, bununla da dəqiq və vacib məlumatları vermək mümkün olacaq".
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 788 26.08.19 14:30