Azərbaycanın daha bir aparıcı bankına haker hücumu olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Bakıda yeni təmir edilən park zibilxananı xatırladır (VİDEO)  |     22:50 İlon Mask blokçeyn texnologiyalarını tətbiq etməyi planlaşdırır  |     22:44 ABŞ Meksika sərhədinə minlərlə hərbçi göndərə bilər  |     22:25 Qumlaq kənd orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı şikayətlərə aydınlıq gətirilib  |     22:11 Salyanda yük maşınının çəni partlayıb, ata və oğul yanıq xəsarətləri alıb  |     22:01 Bunu etsəniz, daha az yemək yeyəcəksiniz  |     21:47 Kaya Kallas Azərbaycana səfər edəcək  |     21:25 Bu ərazidə evlər bərpa olunacaq, yeni binalar tikiləcək - Pul ayrıldı  |     21:17 ABŞ qanunsuz miqrantları hər gün deportasiya etməyi planlaşdırır  |     21:11 Azərbaycanda qadın o qədər təzyiq dərmanı içdi ki, öldü  |     20:57 Komaya düşən sabiq nazirin son durumu açıqlandı  |     20:49 Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb  |     20:33 ​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB  |     20:26 Yanacağa qənaət etməyin 10 SADƏ YOLU  |     20:21 Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb  |     20:13 Xəzər dənizində zəlzələ olub  |     20:07 Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib  |     20:01 Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq  |     19:53 KİV: Almaniyalı mühəndis 120 gün sualtı kapsulda yaşayıb  |     19:48 Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb - VİDEO  |    

Azərbaycanın daha bir aparıcı bankına haker hücumu olub

“Bank of Baku” ASC-nin müştərilərinə hədəflənmiş fişinq xarakterli kiber-hücum cəhdləri olub.

Median.Az
report-a istinadən xəbər verir ki, bu barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə məxsus Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (KİMM) açıqlamasında bildirilir.

Belə ki, naməlum hakerlər tərəfindən "Facebook" sosial şəbəkəsində reklam kampaniyasının yayımlanması məqsədilə müxtəlif səhifələr yaradılıb, səhifənin loqotip hissəsində bankın rəsmi loqotipi yerləşdirilib, məzmununda isə həmin bankın reklam kampaniyalarında istifadə etdiyi fotoşəkillərə oxşar şəkillər yüklənərək üzərində həqiqətə uyğun olmayan müxtəlif cəlbedici vədlər qeyd edilib.

“Reklam kampaniyasında istifadə olunan paylaşımda "Bank of Baku" ASC-nin "Instagram" sosial şəbəkəsindəki səhifəsi barədə məlumatlar yer alsa da, üzərinə klik etdikdə müxtəlif adlı domenlərdə fəaliyyət göstərən "fişinq" məzmunlu saytlara keçid təyin edilib (www.bankoffbaku.com). Qeyd olunan saytlar KİMM tərəfindən Azərbaycan vətəndaşlarını mümkün kiber-təhdidlər barədə məlumatlandırmaq məqsədilə yaradılmış "Qara siyahı" (blacklist.gov.az) xidmətində qara siyahıya salınıb. Vətəndaşlardan yalnız müvafiq banka məxsus internet informasiya ehtiyatlarından, mobil tətbiqlərdən istifadə etməyi tövsiyə edir, oxşar hallarla qarşılaşdıqları halda KİMM-ə məlumat vermələrini xahiş edirik”, - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, bir müddət öncə "Kapital Bank" ASC-yə qarşı da fişinq hücumu baş vermişdi. Belə ki, banıkn törəməsi olan "BirBank" MMC bank olmayan kredit təşkilatına (BOKT) məxsus korporativ stildə, üzərində “daxil ol 500 azn ve iphone xs max qazan” başlıqlı reklam kampaniyası gedib və bu yolla sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarının ələ keçirilməsinə cəhd edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 229 24.08.19 18:16