Bakıda gənc oğlan itkin düşüb.
Median.Az-ın APA-ya istinadən məlumatına görə, Ağcabədi rayon sakini, 1991-ci il təvəllüdlü İbişov Ramid Rüstəm oğlu avqustun 20-si saat 09:00 radələrində Yasamal rayonu, Şərifzadə küçəsi 55 ünvanında yerləşən “Medikus” xəstəxanasından çıxıb bir daha geri qayıtmayıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.