Mediasiya xərcləri dövlət büdcəsindən ödəniləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:54 Şirvanda yol qəzası olub, yaralılar var  |     22:46 Tovuzda avtomobil piyadanı vuraraq öldürüb  |     22:36 Məhkəmədə Ermənistanda yüksək vəzifələr tutmuş şəxsin qondarma rejimdə "nazir vəzifəsinə" təyin olunduğu açıqlanıb  |     22:30 Sumqayıtda 70 yaşlı qadın ehtiyatsızlıqdan sirkə turşusunu içərək ölüb  |     21:54 Pensiya və dövlət büdcəsi hesabına əməkhaqqı alanlara ŞAD XƏBƏR  |     21:46 Hindistan - Pakistan gərginliyi artır: Azərbaycan necə davranacaq? - AÇIQLAMA  |     21:31 Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar  |     21:15 Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib  |     21:04 İsrail ordusu Suriyada Prezident Sarayı yaxınlığındakı hədəfi vurub  |     20:46 Davit İşxanyan və qardaşının azərbaycanlıların qətlində iştirakını sübut edən sənəd araşdırılıb  |     20:22 İrəvanda Aİ missiyası üzvünün cəsədi tapıldı  |     19:52 Eyni yaş, fərqli yanaşma: Alim işləyir, müəllim niyə yox?  |     19:34 Paytaxtın hansı küçələrində sıxlıq var?  |     19:24 6 aprel imtahanlarının nəticələri - Ən yüksək balı o topladı  |     19:09 Azərbaycanlı boksçu Türkiyədə növbəti qələbəsini qazandı  |     18:48 Avropa İttifaqı TikTok-a cərimə kəsdi  |     18:46 Ailə başçısının itirilməsinə görə zərərin əvəzinin ödənilməsi üzrə qərar qəbul olunub  |     18:44 Bəzi yerlərdə küləkli və yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA  |     18:34 Ağacları kütləvi şəkildə kəsənlər məmurlar imiş - RƏSMİ  |     18:05 Xocalıda hərbi sursat partladı: 17 yaşlı oğlan yaralandı  |    

Mediasiya xərcləri dövlət büdcəsindən ödəniləcək

Azərbaycanda "Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası" təsdiq edilib.

Baş nazir Novruz Məmmədov tərəfindən təsdiq edilən qaydaya əsasən, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq ilkin mediasiya sessiyası zamanı mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin mediasiya xərcləri dövlət büdcəsində bu məqsədlər üçün Mediasiya Şurasına nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir.

Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərin mediasiya xərcləri həmin şəxslərlə ilkin mediasiya sessiyası həyata keçirən və ya mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlamış mediatorun və ya mediasiya təşkilatının təqdim etdiyi müvafiq təsdiqedici sənədlər əsasında Mediasiya Şurası tərəfindən həmin mediatora və ya mediasiya təşkilatına nağdsız qaydada ödənilir.

Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin həmin xərcləri ödəmək üçün vəsaitinin olmamasını təsdiqləyən sənəd fiziki şəxsin müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

Mediasiya xərclərinin ödənilməsinə ayrılan vəsait bu Qaydada nəzərdə tutulmayan digər məqsədlər üçün istifadə edilə bilməz.

Mediasiya xərclərinin ödənilməsinə ayrılan vəsaitin il ərzində istifadə edilməyən hissəsi ilin sonunda dövlət büdcəsinə geri qaytarılır.

Mediasiya Şurası hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, bu Qaydaya uyğun olaraq rüb ərzində faktiki mediasiya xərcləri ödənilən fiziki şəxslərin sayı (adı, soyadı və ünvanı göstərilməklə) və ödənilmiş vəsaitlərin məbləği barədə məlumatları Maliyyə Nazirliyinə təqdim edir.

Qeyd edək ki, mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin, o cümlədən ailə münasibətlərindən irəli gələn mübahisələrin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı "Mediasiya haqqında" qanunla müəyyən olunan prosesdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 294 19.08.19 14:08