Ailə başçısının itirilməsinə görə zərərin əvəzinin ödənilməsi üzrə qərar qəbul olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Azərbaycan qızıl ixracından nə qədər qazanıb?  |     22:48 Qəzzada HƏMAS batalyonunun komandir müavini öldürülüb  |     22:41 Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? (RƏSMİ)  |     22:17 Kür çayında meyit tapıldı  |     22:09 Gündəlik xərclər niyə bu qədər artıb? – Ailə büdcəsi üçün 5 praktiki tövsiyə  |     21:48 Ömər Çelik: "Azərbaycan qazı Suriyanın sosial bərpasında kritik rol oynayacaq"  |     21:46 Astarada 29 yaşlı tur rəhbəri dağlıq ərazidə yıxılaraq ölüb  |     21:39 Rusiyalı MMA döyüşçüsü PFL kəmərini Həbib Nurməhəmmədova hədiyyə etdi  |     21:38 Şahin Şıxlinski yenidən saxlanıldı  |     21:14 Binədə fərdi yaşayış evi yanır  |     21:03 Azərbaycan atleti beynəlxalq turnirdə bürünc medal qazanıb  |     20:39 16 yaşlı yeniyetmə Kürdə batdı  |     20:31 Sabirabadda azyaşlıya qarşı əxlaqsızlıq edən kişinin FOTOSU  |     20:30 Ömər Çelik: "Azərbaycan qazı Suriyanın sosial bərpasında kritik rol oynayacaq"  |     20:18 “İmtahanlar saxtalaşdırıldı,oğlumun haqqı tapdalandı” - Aparıcıdan iddia (Video)  |     20:10 Gürcüstanda təlimdə 2 amerikalı hərbçi yaralandı  |     20:04 Azyaşlı uduş müsabiqəsində soyuducu qazandı, gündəm oldu - Video  |     19:57 “Bankdan kredit götürmüşük, pomidor alınmır deyə ödəyə bilmirik” - Video  |     19:51 Dua Lipa bu ölkənin də vətəndaşlığını aldı  |     19:44 UEFA "Sabah"ın rəqibini cərimələyib  |    

Ailə başçısının itirilməsinə görə zərərin əvəzinin ödənilməsi üzrə qərar qəbul olunub

Ali Məhkəmə ailə başçısının itirilməsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisələr üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

"Report"un məlumatına görə, qərar Ali Məhkəmənin Mülki kollegiyasında baxılan iş əsasında qəbul olunub.

Belə ki, iddiaçının əri baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölüb, cavabdeh hüquqi şəxsin əməkdaşı hadisədə təqsirli bilinərək məhkum edilib.

Mərhumun himayəsində iddiaçı ilə nikahından doğulmuş yetkinlik yaşına çatmamış övladları olub. İddiaçıda ikinci dərəcə ilkin əlillik təyinatı aparılıb. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısının itirilməsi nəticəsində vurulmuş 141 min manat məbləğində pulun tutulmasını xahiş edib.

Məhkəmələr iddianın əsaslılığını yoxlamış və həmin şərtlərin mövcudluğu təsdiq edilmədiyi üçün iddia rədd edilib. Bundan sonra iddiaçı kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə, Mülki Məcəllənin 1121-ci maddəsində ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzini almaq hüququ olan şəxslərin dairəsi, o cümlədən bu hüququn yaranma və xitam olunma əsasları nəzərdə tutulub. Bu əsasla iddia irəli sürüldükdə ilk növbədə məhkəmə tərəfindən ölmüş şəxsin ailə başçısı, yəni ailənin dolanacaq xərclərini təmin etmiş yeganə şəxs olub-olmadığı müəyyən edilməli, bu müəyyən edildikdən sonra tələbin təmin edilməsi üçün digər əsasların mövcud olub-olmadığı yoxlanılmalıdır.

Arvadın ölmüş ərin himayəsində olan şəxs hesab edilməsi ilə bağlı hüquqi qiymətləndirmə Ailə Məcəlləsinin 84-cü maddəsindəki əsaslar nəzərə alınmaqla həyata keçirilməlidir. Həmin normada ərin (arvadın) bir-birinə maddi cəhətdən kömək etməli olduqları müəyyən edilsə də, yalnız 84.2-ci maddədə qeyd edilmiş əsaslar olduqda (əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad) birinin digərindən aliment tələb etmək hüququ nəzərdə tutulub.

Nəzərə alınmalıdır ki, sadəcə nikahda olma faktı və əmək qabiliyyətli arvadın (ərin) Ailə Məcəlləsinin 84-cü maddəsindəki əsaslar və digər üzrlü səbəblər olmadığı halda işləməyərək ərinin (arvadının) gəliri hesabına yaşaması MM-in 1121-ci maddəsinin tələbləri baxımından həmin şəxsin ölən ailə başçısının himayəsində olmuş şəxs kimi qiymətləndirilməsi üçün əsas ola bilməz.

Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsi barədə iddia irəli sürülərkən iddia ərizəsində 1121-ci maddənin konkret bəndinə istinad edilib-edilməməsindən asılı olmayaraq məhkəmə tərəfindən “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olub-olmadığı tərəflərlə müzakirə edilməlidir.

Ali Məhkəmənin Mülki kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlib ki, kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilərək iş kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            276 02.05.25 18:46