Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Ali Məhkəmədən kommunal xidmətlərlə əlaqədar yaranan borclarla bağlı mühüm qərar

13.12.2024 17:04 1 521
Ali Məhkəmədən kommunal xidmətlərlə əlaqədar yaranan borclarla bağlı mühüm qərar
Ali Məhkəmədə kommunal xidmətlə əlaqədar yaranan borca görə şikayət araşdırılıb.

Bu barədə Ali Məhkəmədən məlumat verilib.

Qeyd olunub ki, müvafiq qurumun nümayəndələri tərəfindən vətəndaşın yaşadığı ünvana baxış keçirilən zaman sayğacın sxemi pozularaq dövriyyədən kənarlaşdırılması faktının aşkar edilməsi ilə əlaqədar müxtəlif dövrlərdə aktlar tərtib edilib. Aktların heç biri iddiaçı tərəfindən imzalanmayıb, iddiaçı adının qarşısında yerləşən "imza" qrafasında "mənzildən çıxan olmadı" sözü qeyd edilib.

Vətəndaş məhkəməyə müraciət edərək, qurumun əməkdaşları tərəfindən tərtib olunmuş aktların etibarsız sayılması və həmin aktlar əsasında öncəki illər ərzində hesablanmış borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş edib. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdehin əməkdaşları onun evini elektrik enerjisi ilə təchiz edən elektrik xəttini kəsib, iştirakı olmadan akt tərtib ediblər. Həmin aktda göstərilir ki, vətəndaş sayğacın qapaq möhürünü açaraq, sayğacı sxemdən kənarlaşdırıb. İddiaçı cavabdehin tərtib etdiyi aktla razılaşmayaraq, qeyd edib ki, küçədə yerləşən sayğaca hər hansı müdaxilə etməyib.

Cavabdeh qurum isə qaldırılan iddiaya etiraz edərək bildirib ki, iddiaçı göstərilən illər ərzində borcdan xəbərdar olsa da, təkcə 2023-cü ildə həmin borcla bağlı məhkəməyə müraciət edib. İddiaçı tərəfindən iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürüldükdən sonra məhkəməyə verilib. Müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğunu əsas göstərərək, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edib.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası isə kassasiya şikayətinə baxaraq qeyd edib ki, təsbit xarakterli iddialara baxılarkən iddia müddətinin tətbiq edilməsi yolverilməzdir. Tələb hüququ ilə bağlı olmayan, borcun olmadığını (borcun silinməsini) təsbit etmək barədə iddiaya iddia müddəti tətbiq oluna bilməz.

Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ var.

Kommunal xidmətlərlə bağlı borcun olmadığı (borcun silinməsi) barədə iddia tələbləri Mülki Məcəllənin 372.1-ci maddəsinə nəzərdə tutulmuş, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququ ilə bağlı deyil, bu tələblərin müqavilə münasibətlərindən irəli gələn tələb kimi qiymətləndirilərək, iddia müddətinin tətbiq edilməsi qeyd edilən maddi hüquq normasının tələblərinin pozulması ilə nəticələnir.

Ali Məhkəmənin Mülki kollegiyası tərəfindən kassasiya şikayəti təmin edilərək, iş yeni apellyasiya baxışına qaytarılıb.

Son xəbərlər