Estoniyanın paytaxtı Tallində keçirilən gənc güləşçilərin dünya çempionatında ilk idmançımız finala çıxıb.
Median.Az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşi üzrə idmançımız Zaur Əliyev yarımfinalda yapon rəqibini 4:0 hesabı ilə məğlub edərək finalda mübarizə aparmaq hüququ əldə edib.
Qeyd edək ki, finalda onun rəqibi rusiyalı Ənvər Allahyarov olacaq. Bu görüş sabah keçiriləcək.
***
Estoniyanın paytaxtı Tallində gənc güləşçilərin dünya çempionatı keçirilir.
Median.Az xəbər verir ki, avqustun 12-dən başlayan dünya çempionatında artıq sərbəst və qadın güləşçilərimiz çıxışlarını başa vurublar.
Sərbəst güləş millimiz üç medalla turniri tərk edib. Bunlar Turan Bayramov (-65 kq), Əbubəkr Abakarov (-79 kq) və Hacımurad Hacıyevdir (-74 kq). Hər üç güləşçimiz bürünc medal qazanıb.
Üç güləşçi ilə qatılan qadın millimiz bütün görüşlərdə uduzaraq mübarizəni dayandırıb.
Bu gündən etibarən isə güləşin yunan-Roma növü üzrə millimiz mübarizəyə qoşulub. Təəssüf ki, bu gün mübarizəyə qoşulan beş güləşçimizdən dördü ilk görüşdə uduzub. Yalnız Zaur Əliyev (-55 kq) Qırğızıstan və Moldovadan olan rəqiblərinə müvafiq olaraq 8:0 və 10:0 qalib gələrək yarımfinala çıxıb. O, finala çıxmaq üçün yaponiyalı Ken Matsuini məğlub etməlidir.
Qeyd edək ki, dünya çempionatına avqustun 18-də yekun vurulacaq.