Sumqayıtda cari il ərzində elektrik verilişində bir sıra yenidənqurma işləri görülüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Bakıda yeni təmir edilən park zibilxananı xatırladır (VİDEO)  |     22:50 İlon Mask blokçeyn texnologiyalarını tətbiq etməyi planlaşdırır  |     22:44 ABŞ Meksika sərhədinə minlərlə hərbçi göndərə bilər  |     22:25 Qumlaq kənd orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı şikayətlərə aydınlıq gətirilib  |     22:11 Salyanda yük maşınının çəni partlayıb, ata və oğul yanıq xəsarətləri alıb  |     22:01 Bunu etsəniz, daha az yemək yeyəcəksiniz  |     21:47 Kaya Kallas Azərbaycana səfər edəcək  |     21:25 Bu ərazidə evlər bərpa olunacaq, yeni binalar tikiləcək - Pul ayrıldı  |     21:17 ABŞ qanunsuz miqrantları hər gün deportasiya etməyi planlaşdırır  |     21:11 Azərbaycanda qadın o qədər təzyiq dərmanı içdi ki, öldü  |     20:57 Komaya düşən sabiq nazirin son durumu açıqlandı  |     20:49 Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb  |     20:33 ​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB  |     20:26 Yanacağa qənaət etməyin 10 SADƏ YOLU  |     20:21 Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb  |     20:13 Xəzər dənizində zəlzələ olub  |     20:07 Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib  |     20:01 Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq  |     19:53 KİV: Almaniyalı mühəndis 120 gün sualtı kapsulda yaşayıb  |     19:48 Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb - VİDEO  |    

Sumqayıtda cari il ərzində elektrik verilişində bir sıra yenidənqurma işləri görülüb

Sumqayıt şəhərinin elektrik enerjisi ilə təchizatı məsələsi daim diqqət mərkəzindədir. İlin əvvəlindən bu sahənin işinin yaxşılaşdırılması məqsədilə yeni yarımstansiyaların, güc mərkəzlərinin yaradılması, paylayıcı xətlərin dəyişdirilməsi və yeni abonentlərin şəbəkəyə qoşulması işləri davam etdirilib.

Median.Az
APA-ya istinadən xəbər verir ki, “Yaşıldərə” yaşayış massivində yeni beton kabel tuneli tikilib və orada 20 km yüksək gərginlikli yeni kabellər şəbəkəyə qoşulub, 2 yeni transformator quraşdırılıb, 5 transformatorda güc artımı edilib, 3 transformator əsaslı, 79-u cari təmir olunub.

Bununla yanaşı, Corat qəsəbəsində və “Betonzavod” yaşayış massivində 630 kilovat amperlik (kWA) gücündə 2 yeni transformator məntəqəsi quraşdırılıb, Tağıyev qəsəbəsində və “Xəzər bağları” yaşayış massivində 2 ədəd yeni güc mərkəzi yaradılıb.

Həmçinin 13 kilometr uzunluğunda alçaq gərginlikli elektrik xətləri SİP kabellərlə əvəz olunub, 4 kilometrədək yüksək gərginlikli hava elektrik verilişi xətlərində təmir və yenidənqurma işləri aparılıb, 875 ədəd yeni sayğac quraşdırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            959 14.08.19 23:31