Sumqayıtda çeçen qaçqın öldürüldü » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Bakıda yeni təmir edilən park zibilxananı xatırladır (VİDEO)  |     22:50 İlon Mask blokçeyn texnologiyalarını tətbiq etməyi planlaşdırır  |     22:44 ABŞ Meksika sərhədinə minlərlə hərbçi göndərə bilər  |     22:25 Qumlaq kənd orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı şikayətlərə aydınlıq gətirilib  |     22:11 Salyanda yük maşınının çəni partlayıb, ata və oğul yanıq xəsarətləri alıb  |     22:01 Bunu etsəniz, daha az yemək yeyəcəksiniz  |     21:47 Kaya Kallas Azərbaycana səfər edəcək  |     21:25 Bu ərazidə evlər bərpa olunacaq, yeni binalar tikiləcək - Pul ayrıldı  |     21:17 ABŞ qanunsuz miqrantları hər gün deportasiya etməyi planlaşdırır  |     21:11 Azərbaycanda qadın o qədər təzyiq dərmanı içdi ki, öldü  |     20:57 Komaya düşən sabiq nazirin son durumu açıqlandı  |     20:49 Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb  |     20:33 ​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB  |     20:26 Yanacağa qənaət etməyin 10 SADƏ YOLU  |     20:21 Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb  |     20:13 Xəzər dənizində zəlzələ olub  |     20:07 Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib  |     20:01 Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq  |     19:53 KİV: Almaniyalı mühəndis 120 gün sualtı kapsulda yaşayıb  |     19:48 Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb - VİDEO  |    

Sumqayıtda çeçen qaçqın öldürüldü

Sumqayıtda çeçen qaçqın öldürülüb.

Bu barədə oxu.az-a şəhərin hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Cinayət hadisəsi avqustun 13-də Zeynalabdin Tağıyev qəsəbəsində baş verib. J-70 adlı ərazidə 1975-ci il təvəllüdlü Rusiya vətəndaşı Bakayev Bislan Baysullayeviçin meyiti tapılıb.

Kriminalistlər və məhkəmə-tibbi ekspertləri öldürülən şəxsin baş və sinə nahiyəsində bıçaq xəsarətləri aşkar ediblər.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs müəyyən edilib. Bu, daha əvvəllər cinayət məsuliyyətinə cəlb olunmuş 1987-ci il təvəllüdlü Ağcabədi rayon sakini Muxtarov Tural Arif oğludur. Hazırda onun saxlanılması üzrə tədbirlər davam etdirilir.

Cinayət nəticəsində daha bir şəxs xəsarət alıb. Onun adı dəqiqləşdirilir. Əldə olunan məlumata görə, T.Muxtarov Bislan Bakayevi öldürüb, birgə spirtli içki içdiyi dostunu da yaralayıb. Bu üç kişi tikinti briqadasının tərkibində evlərin təmiri ilə məşğul olub.

Öldürülən şəxsin 15 il əvvəl çeçen müharibəsində iştirak etdiyinə görə onu və doğmalarını təqib edən federal hakimiyyətdən qaçdığı məlumdur. Bislan Bakayev Azərbaycandan siyasi sığınacaq istəyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 267 14.08.19 13:35