Onları adi insandan ayırmaq çox çətin olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Bakıda yeni təmir edilən park zibilxananı xatırladır (VİDEO)  |     22:50 İlon Mask blokçeyn texnologiyalarını tətbiq etməyi planlaşdırır  |     22:44 ABŞ Meksika sərhədinə minlərlə hərbçi göndərə bilər  |     22:25 Qumlaq kənd orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı şikayətlərə aydınlıq gətirilib  |     22:11 Salyanda yük maşınının çəni partlayıb, ata və oğul yanıq xəsarətləri alıb  |     22:01 Bunu etsəniz, daha az yemək yeyəcəksiniz  |     21:47 Kaya Kallas Azərbaycana səfər edəcək  |     21:25 Bu ərazidə evlər bərpa olunacaq, yeni binalar tikiləcək - Pul ayrıldı  |     21:17 ABŞ qanunsuz miqrantları hər gün deportasiya etməyi planlaşdırır  |     21:11 Azərbaycanda qadın o qədər təzyiq dərmanı içdi ki, öldü  |     20:57 Komaya düşən sabiq nazirin son durumu açıqlandı  |     20:49 Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb  |     20:33 ​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB  |     20:26 Yanacağa qənaət etməyin 10 SADƏ YOLU  |     20:21 Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb  |     20:13 Xəzər dənizində zəlzələ olub  |     20:07 Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib  |     20:01 Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq  |     19:53 KİV: Almaniyalı mühəndis 120 gün sualtı kapsulda yaşayıb  |     19:48 Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb - VİDEO  |    

Onları adi insandan ayırmaq çox çətin olacaq

Real görünən androidlər yaxın gələcəkdə ortaya çıxacaqlar.

Median.Az
"technote"a istinadən xəbər veirir ki, onları adi insanlardan ayırmaq üçün standart Türinq testi kifayət etmir. Alimlərin fikrincə androidlərin xarici görünüşləri və hərəkət özəllikləri də nəzərə alınmalıdır.

1950-ci ildə məşhur ingilis alim Alan Türinq kompüter zəkasının qiymətləndirilməsi üçün xüsusi test yaratmışdı. Kompüter ilə insan arasındakı söhbət çərçivəsində əgər əsl insan kompüteri digər əsl insan kimi qəbul edirsə deməli kompüter bu testdən keçmiş olur.
Bu üsul indiyə kimi süni zəka mütəxəssislərinin arasında çox məşhurdur. Lakin onlardan bəziləri əmindirlər ki, bu test təkmilləşdirilməyə ehtiyac duyur. Məsələ burasındadır ki, Türinq testi süni insan üçün deyil süni beyin üçün nəzərdə tutulub. 21-ci əsrdə daha real görünən androidlərin ortaya çıxması ilə robotları insanlardan ayıran testin yaradılmasına ehtiyac duyulmağa başladı.
Bu məqsədlə də multimodal Türinq testi yaradıldı.

Bu test eyni zamanda androidin xarici görünüşünü, hərəkətini, səsini və zəkasını qiymətləndirir. Bundan əlavə olaraq, bu test süni zəkanın insan bədəninə necə yaxşı inteqrasiya edildiyini və insandan fərqlənməyən robotun yaradılma mümkünlüyünü qiymətləndirəcək. Bu test üsulu 4 mərhələdən ibarətdir və hər bir mərhələ əvvəlkindən qəlizdir. İlk öncə robot hərəkətsiz şəkildə real görünməlidir. İkincisi, robot təbii hərəkət etməlidir. Üçüncüsü, robot ideal şəkildə insan nitqini imitasiya etməlidir. Dördüncü mərhələdə robotun süni zəkası qiymətləndirilir. Əgər robot bu 4 mərhələdən keçə bilsə,deməli o, insandan fərqlənmir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 182 05.08.19 21:25