Ötən gün Cəlilabadda intihar hadisəsi qeydə alınıb.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü Qasımov Sahib özünü asaraq intihar edib. Hadisənin səbəbləri araşdırılır.
Eyni gündə daha bir intihar hadisəsi Masallıda baş verib. 1992-ci il təvəllüdlü rayon sakini Ravin Həmzəyev özünü asıb.
Onun hansı səbəbdən intihar etdiyi hələ ki, bəlli deyil.
Faktla bağlı araşdırma başlanıb.