“Sədərək”də zəhərlənən FHN və DİN işçilərinin vəziyyəti necədir? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Bakıda yeni təmir edilən park zibilxananı xatırladır (VİDEO)  |     22:50 İlon Mask blokçeyn texnologiyalarını tətbiq etməyi planlaşdırır  |     22:44 ABŞ Meksika sərhədinə minlərlə hərbçi göndərə bilər  |     22:25 Qumlaq kənd orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı şikayətlərə aydınlıq gətirilib  |     22:11 Salyanda yük maşınının çəni partlayıb, ata və oğul yanıq xəsarətləri alıb  |     22:01 Bunu etsəniz, daha az yemək yeyəcəksiniz  |     21:47 Kaya Kallas Azərbaycana səfər edəcək  |     21:25 Bu ərazidə evlər bərpa olunacaq, yeni binalar tikiləcək - Pul ayrıldı  |     21:17 ABŞ qanunsuz miqrantları hər gün deportasiya etməyi planlaşdırır  |     21:11 Azərbaycanda qadın o qədər təzyiq dərmanı içdi ki, öldü  |     20:57 Komaya düşən sabiq nazirin son durumu açıqlandı  |     20:49 Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb  |     20:33 ​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB  |     20:26 Yanacağa qənaət etməyin 10 SADƏ YOLU  |     20:21 Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb  |     20:13 Xəzər dənizində zəlzələ olub  |     20:07 Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib  |     20:01 Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq  |     19:53 KİV: Almaniyalı mühəndis 120 gün sualtı kapsulda yaşayıb  |     19:48 Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb - VİDEO  |    

“Sədərək”də zəhərlənən FHN və DİN işçilərinin vəziyyəti necədir? - AÇIQLAMA

Dünən “Sədərək” Ticarət Mərkəzində baş verən yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin tüstüdən zəhərlənən 7 əməkdaşı evə buraxılıb.

Bu barədə oxu.az-a Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyib.

Bildirib ki, onların vəziyyəti xəstəxanaya aparılarkən belə ağır olmayıb:

“Vəziyyətləri qənaətbəxş olduğu üçün müayinədən sonra evə buraxıldılar. Elə də ciddi xəsarətləri yox idi”.

Səhiyyə Nazirliyindən isə saytımıza bildirilib ki, baş verən yanğın zamanı təcili yardıma müraciət edənlərin sayı 16 nəfər olub.

Onlardan 6 nəfərə yerində yardım edilib:

“Daha 10 nəfər Kliniki Tibbi Mərkəzə aparılıb. 10 nəfərdən biri yanğın baş verən “Sədərək” ticarət mərkəzinin əməkdaşı, digərləri isə yanğının söndürülməsində iştirak edən Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşları olub. Müraciət edənlərə tibbi yardım göstrildikdən sonra evə buraxılıblar”.

Qeyd edək ki, dünən “Sədərək” Ticarət Mərkəzindəki yanğın baş verib. Yanğın zamanı müxtəlif parfümeriya malları, sabunlar, dezodorant, doldurucu qaz balonlarının olduğu anbarda 700 kvadratmetrə qədər sahə yanıb. Qısa müddətdə yanğın tam söndürülüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 963 05.08.19 12:09