Sumqayıtda dənizdə boğulmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.
Median.Az-ın APA-ya istinadən məlumatına görə, Sumqayıtın Corat qəsəbəsindəki çimərlik ərazidə 2 nəfər batmaq təhlükəsi ilə üzləşib.
Dərhal əraziyə cəlb edilən xilasedicilər tərəfindən həmin şəxslər xilas edilib.
Sudan çıxarılan şəxslərin 2001-ci il təvəllüdlü Babək Qəsəbov və 2003-cü il təvəllüdlü Samirə Kərimova olduğu müəyyənləşib.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib.