Dram Teatrının 100 illiyi qeyd olunacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Bakıda yeni təmir edilən park zibilxananı xatırladır (VİDEO)  |     22:50 İlon Mask blokçeyn texnologiyalarını tətbiq etməyi planlaşdırır  |     22:44 ABŞ Meksika sərhədinə minlərlə hərbçi göndərə bilər  |     22:25 Qumlaq kənd orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı şikayətlərə aydınlıq gətirilib  |     22:11 Salyanda yük maşınının çəni partlayıb, ata və oğul yanıq xəsarətləri alıb  |     22:01 Bunu etsəniz, daha az yemək yeyəcəksiniz  |     21:47 Kaya Kallas Azərbaycana səfər edəcək  |     21:25 Bu ərazidə evlər bərpa olunacaq, yeni binalar tikiləcək - Pul ayrıldı  |     21:17 ABŞ qanunsuz miqrantları hər gün deportasiya etməyi planlaşdırır  |     21:11 Azərbaycanda qadın o qədər təzyiq dərmanı içdi ki, öldü  |     20:57 Komaya düşən sabiq nazirin son durumu açıqlandı  |     20:49 Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb  |     20:33 ​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB  |     20:26 Yanacağa qənaət etməyin 10 SADƏ YOLU  |     20:21 Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb  |     20:13 Xəzər dənizində zəlzələ olub  |     20:07 Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib  |     20:01 Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq  |     19:53 KİV: Almaniyalı mühəndis 120 gün sualtı kapsulda yaşayıb  |     19:48 Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb - VİDEO  |    

Dram Teatrının 100 illiyi qeyd olunacaq

Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təkliflərini nəzərə almaqla, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidirlər.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Qeyd edək ki, 2019-cu ilin oktyabr ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının fəaliyyətə başlamasının 100 illiyi tamam olur.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yarandığı vaxtdan etibarən klassik ənənələrə əsaslanmaqla yanaşı, müasir səhnə mədəniyyətinin zirvələrinə doğru inamla irəliləyərək qısa müddətdə zəngin inkişaf yolu keçib. Ötən dövr ərzində görkəmli nailiyyətlər qazanan Teatr xalqın ədəbi sərvətinə çevrilmiş və ölkənin ictimai-mədəni həyatında layiqli mövqe tutub.

Sənətsevərlər Azərbaycan dramaturgiyasının bütün diqqətəlayiq nümunələri ilə məhz Akademik Milli Dram Teatrının dolğun repertuarı sayəsində yaxından tanış olmaq imkanı əldə ediblər. Milli Dram Teatrı, eyni zamanda, dünya dramaturji irsində fəxri yer tutan və ümumbəşəri ideallar ifadə edən qiymətli əsərləri səhnələşdirməklə Azərbaycan səhnə sənətinin dünya mədəniyyəti ilə daha da yaxınlaşmasında fəal rol oynayıb.

Teatrın səhnəsində bədii-estetik dəyəri ilə seçilərək uzun illər repertuardan düşməyən və böyük uğurla nümayiş etdirilərək tamaşaçı yaddaşında silinməz iz qoyan həmin əsərlər ölkə teatrı salnaməsinin parlaq səhifələrini təşkil edir.

Milli Dram Teatrında Azərbaycan səhnəsinin ən qüvvətli aktyorlar nəsli yetişmişdir. Mirzəağa Əliyev, Mərziyyə Davudova, Ələsgər Ələkbərov, Adil İsgəndərov, Hökümə Qurbanova, İsmayıl Osmanlı, Fatma Qədri, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Məmmədrza Şeyxzamanov, Həsənağa Turabov və digər qüdrətli sənətkarların Teatrın səhnəsində misilsiz ustalıqla canlandırdıqları çox sayda koloritli, mükəmməl obrazlar Azərbaycan mədəniyyəti və teatrı tarixinə qızıl xətlə yazılıb.

Teatrın səhnə həyatı verdiyi mütərəqqi ideyalı əsərlərin cəmiyyətdə yüksək mənəvi keyfiyyətlərin təlqin olunması və estetik zövqün formalaşdırılmasında, xüsusən gənc nəslin vətənpərvərlik və əxlaqi dəyərlərə bağlılıq ruhunda tərbiyəsində mühüm rolu vardır.

Teatr beynəlxalq festivallardakı çıxışları ilə ölkənin mədəni nailiyyətlərinin təbliğində yaxından iştirak edib. Hazırda öz inkişafının yeni mərhələsinə qədəm qoymuş Teatr Azərbaycanın özünəməxsus teatr ənənələrinin qorunub saxlanılmasında və dövlətin mədəniyyət siyasətinin gerçəkləşdirilməsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməkdədir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            911 24.07.19 16:59