Lənkəranda baş vermiş ağır qəzanın detalları bəlli olub.
Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə sürücü Vüsal Əzizovun idarəetməni itirməsi nəticəsində olub.
Maşın aşaraq Astara rayonunun Ərçivan qəsəbə sakinlərini xəstəxanalıq edib.
Sürücü yüngül dərəcəli bədən xəsarətləri alıb.
Sərnişinlərdən 69 yaşlı Cəmilə Məmmədova və 29 yaşlı Nigar Əzizova travmatik şok vəziyyətində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
71 yaşlı Azadə Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
***
Lənkəran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Girdəni kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı 90-LK-933 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil hərəkət zolağından çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan bir qadın ölüb, iki nəfər isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.