Bakının Yasamal rayonunda vətəndaşların bağladığı yol artıq açılıb.
Bu barədə Yasamal rayon İcra Hakimiyyətindən Baku.ws-ə bildirilib.
“Problem həll edilib. Bu məsələnin bizim qurumla bağlılığı yoxdur”, - deyə bildirilib.
Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsindən Baku.ws-ə bildirilib ki, yolu bağlayan vətəndaşlar artıq yolu açıblar:
"Vətəndaşlar məcburi köçkündürlər. Onların məişət problemləri olduğu üçün yolu bağlamaq qərarına gəliblər. Hazırda yolu bağlayan vətəndaşlar “Qaçqınkom”dadırlar. Onların problemləri araşdırılır və məsələ həll ediləcək", - deyə bölmədən bildirilib.
* * * * *
Bakının Yasamal rayonunda vətəndaşlar maşın yolunu kəsiblər.
Bu barədə hadisə şahidləri Baku.ws-in “qaynar xətti”nə məlumat veriblər.
Bildirilir ki, qadınlar və uşaqlardan ibarət ailə üzvləri "20 yanvar" stansiyası yaxınlığında, üzü Tbilisi prospekti istiqamətində yolu bağlayıblar.
Fotodan da göründüyü kimi 5 qadın və uşaqlar yolu bağlayıb.
Ərazidə böyük tıxac yaranıb. Hadisənin səbəbləri bilinmir.
Hadisə ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumdan BAKU.WS-ə bildirdilər ki, məsələ ilə əlaqədar rəhbərliyə məruza ediləcək. Araşdırmalardan sonra vətəndaşların nə səbəbə etiraz etdikləri məlum olacaq.
Hadisənin görüntüsünü təqdim edirik.