Gömrükdə akkumulyatorlara görə artıq ödəniş tələb olunub? - Komitədən cavab » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Bakıda yeni təmir edilən park zibilxananı xatırladır (VİDEO)  |     22:50 İlon Mask blokçeyn texnologiyalarını tətbiq etməyi planlaşdırır  |     22:44 ABŞ Meksika sərhədinə minlərlə hərbçi göndərə bilər  |     22:25 Qumlaq kənd orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı şikayətlərə aydınlıq gətirilib  |     22:11 Salyanda yük maşınının çəni partlayıb, ata və oğul yanıq xəsarətləri alıb  |     22:01 Bunu etsəniz, daha az yemək yeyəcəksiniz  |     21:47 Kaya Kallas Azərbaycana səfər edəcək  |     21:25 Bu ərazidə evlər bərpa olunacaq, yeni binalar tikiləcək - Pul ayrıldı  |     21:17 ABŞ qanunsuz miqrantları hər gün deportasiya etməyi planlaşdırır  |     21:11 Azərbaycanda qadın o qədər təzyiq dərmanı içdi ki, öldü  |     20:57 Komaya düşən sabiq nazirin son durumu açıqlandı  |     20:49 Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb  |     20:33 ​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB  |     20:26 Yanacağa qənaət etməyin 10 SADƏ YOLU  |     20:21 Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb  |     20:13 Xəzər dənizində zəlzələ olub  |     20:07 Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib  |     20:01 Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq  |     19:53 KİV: Almaniyalı mühəndis 120 gün sualtı kapsulda yaşayıb  |     19:48 Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb - VİDEO  |    

Gömrükdə akkumulyatorlara görə artıq ödəniş tələb olunub? - Komitədən cavab

“Rovel Trading” şirkətinin direktoru İntiqam Həsənov iddia edib ki, Dövlət Gömrük Komitəsinin (DGK) Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən adıçəkilən şirkətin malları sənədlərində uyğunsuzluq olmadığı halda qanunsuz şəkildə saxlanılıb və qanunla müəyyən edilən miqdardan artıq gömrük ödənişləri tələb olunub.

DGK-nın iddiaya cavab olaraq yaydığı məlumatda bildirilir ki, “Rovel Trading” MMC “Dörtel Otomotiv San ve Pazarlama Tic. Ltd. Şti” şirkətindən idxal edilən “Mutlu” markalı müxtəlif növ elektrik akkumulyatorlarının gömrük rəsmiləşdirilməsinin aparılması üçün cari il iyulun 8-də Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edib.

Qeyd olunan malların gömrük rəsmiləşdirilməsi zamanı Azərbaycan Gömrük Məcəlləsinin 221-ci maddəsinə, həmçinin “Gömrük tarifi haqqında” qanunun 12.1.2-ci maddəsinə, yəni gömrük dəyərinin müəyyən edilməsinin 2-ci üsuluna əsasən araşdırma aparılıb.

Araşdırma nəticəsində idxal olunan “Mutlu” markalı müxtəlif növ elektrik akkumulyatorlarının gömrük dəyəri ilə bundan əvvəl ən yaxın tarixdə həmin şirkət tərəfindən gətirilən eyni adda malların dəyəri arasında 10 200 manat kəskin fərqin olduğu müəyyən edilib.

Bu səbəbdən həmin gömrük bəyannamələrində gömrük dəyərinə müvafiq düzəlişlərin edilməsi barədə qeydlər aparılıb və bu barədə “Rovel Trading” MMC-yə məktubla məlumat verilib.

Komitə qeyd edir ki, bu, “Rovel Trading” MMC-nin gömrük qanunvericiliyini pozması ilə bağlı ilk cəhdi deyil. Belə ki, həmin şirkət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 2017-ci ildə İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinin tələblərini pozduğuna görə 57 481 manat məbləğində cərimə olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 250 18.07.19 13:00