Mingəçevirdə 13 yaşlı yeniyetməyə kəsici alətlə ağır xəsarət yetirilib.
Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Puşkin küçəsində qeydə alınıb. Naməlum şəxs 13 yaşlı uşağa kürək nahiyəsindən kəsici alətlə (ehtiala görə bıçaqla) xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.