Bakıda gənc qız itkin düşüb.
Median.Az APA-ya istinadən xəbər verir ki, Xətai rayon sakini Mehriban Hacıməmmədova rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək onunla eyni evdə yaşayan qızı, 1997-ci il təvəllüdlü Fatimə Əhmədovanın evdən çıxıb getdiyini və bir daha geri qayıtmadığını bildirib.
Faktla bağlı araşdırma aparılır.