Bakıda ərəb turistlərin davası ilə bağlı araşdırmalardan sonra hadisənin "Park Bulvar”da qeydə alındığı məlum olub.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev azxeber.com-a açıqlamasında bildirib.
Qurum rəsmisi bildirib ki, əslində hadisə zamanı ərəblər azərbaycanlı ilə yox, öz aralarında dava ediblər.
"Ərəb turistlər öz aralarında mübahisə ediblər. Bu da ətrafda olan vətəndaşların narahatlığına səbəb olub. Faktla bağlı məlumat və video BAKU.WS-də yayıldıqdan sonra ərazi üzrə 39-cu polis bölməsində təhqiqat araşdırmaları başlayıb.
Faktla bağlı araşdırma aparılır. Xəbərlərdə qeyd edildiyi kimi azərbaycan vətəndaşları olmayıb”, - deyə Elşad Hacıyev bildirib.