Azərbaycanlı qadının övladını əlindən aldılar: Top-tüfənglə də olsa, verməyəcəyik - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Bakıda yeni təmir edilən park zibilxananı xatırladır (VİDEO)  |     22:50 İlon Mask blokçeyn texnologiyalarını tətbiq etməyi planlaşdırır  |     22:44 ABŞ Meksika sərhədinə minlərlə hərbçi göndərə bilər  |     22:25 Qumlaq kənd orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı şikayətlərə aydınlıq gətirilib  |     22:11 Salyanda yük maşınının çəni partlayıb, ata və oğul yanıq xəsarətləri alıb  |     22:01 Bunu etsəniz, daha az yemək yeyəcəksiniz  |     21:47 Kaya Kallas Azərbaycana səfər edəcək  |     21:25 Bu ərazidə evlər bərpa olunacaq, yeni binalar tikiləcək - Pul ayrıldı  |     21:17 ABŞ qanunsuz miqrantları hər gün deportasiya etməyi planlaşdırır  |     21:11 Azərbaycanda qadın o qədər təzyiq dərmanı içdi ki, öldü  |     20:57 Komaya düşən sabiq nazirin son durumu açıqlandı  |     20:49 Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb  |     20:33 ​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB  |     20:26 Yanacağa qənaət etməyin 10 SADƏ YOLU  |     20:21 Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb  |     20:13 Xəzər dənizində zəlzələ olub  |     20:07 Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib  |     20:01 Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq  |     19:53 KİV: Almaniyalı mühəndis 120 gün sualtı kapsulda yaşayıb  |     19:48 Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb - VİDEO  |    

Azərbaycanlı qadının övladını əlindən aldılar: Top-tüfənglə də olsa, verməyəcəyik - VİDEO

Azərbaycan vətəndaşı Dinar Sarməmmədova Türkiyədə Məhəmməd Vuralla iki illik evlilikdən sonra boşandığını, ancaq boşanmadan sonra iki yaşlı övladının üzünə həsrət qaldığını deyir.

Qadın ərindən ailədaxili şiddət səbəbindən boşanıb.

Məhkəmə uşağın anada qalması barədə qərar çıxarsa da, keçmiş əri və onun ailəsi uşağı D.Sarməmmədovaya vermir.

24 yaşlı D.Sarməmmədova Azərbaycanda müəllimlik ixtisasına yiyələndikdən sonra İğdırın Evçi kəndinə gəlin köçüb. 25 yaşlı Məhəmməd Vural onun uzaq qohumu olub. M.Vuralın ailəsi ilə birgə yaşayan gənc cütlük bir övlad sahibi olub. Ancaq ailəsinin və Məhəmmədin göstərdiyi zorakılıqdan sonra qadın ərindən ayrılıb.

“Ərimdən və ailəsindən şiddət gördüm. Boşanmadan öncə heç bir əsas olmadan uşağımı əlimdən aldılar. Məcbur olub məhkəməyə müraciət etdim. 2019-cu ilin mayında məhkəmə boşanmağımıza qərar verdi və uşaq mənə verildi.

Ekspertlər övladımın ailədə qalmasına qərar vermişdi. Ankaraya getdim. Orada dörd psixoloq və ekspert heyəti oğlumun məndə qalması qərarına gəldi. Bununla bağlı bütün rəsmi sənədlər əlimdədir. Onsuz da təhdid edirdilər. Qərardan sonra nəticə nə olursa-olsun, top-tüfənglə də olsa, uşağı verməyəcəklərini söylədilər”, - D.Sarməmmədova bildirib.

Övladının aylardır əlindən alındığını qeyd edən gənc ana səlahiyyətli orqanlardan kömək istəyir, iki yaşlı körpəsinin ona ehtiyacı olduğunu deyərək göz yaşı tökür.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 144 01.07.19 12:23