Sabunçu rayonunda tanışına xəsarət yetirməkdə təqsirli bilinən Leyla Allazovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Median.Az xəbər verir ki, cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun icraatına verilib.
Qeyd edək ki, Sabunçu rayonunda Zahidova Bayramxatın Mustafa qızı müxtəlif dərəcəli xəsarətləri alaraq xəstəxanaya aparılıb. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, onu aralarında yaranan mübahisə zamanı tanışı Leyla Allazova döyüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci, yəni qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə iş başlanılıb.
Hadisəni törədən Leyla Allazova təqsirkar şəxs qismində istintaqa cəlb edilib.//ölkə.az