Xəzər dənizində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata əsasən, təkanlar yerli vaxtla saat 10:56-da qeydə alınıb.
Dərinliyi 54 km, maqnitudası 3,4 olan zəlzələ hiss olunmayıb.
Bu, Xəzərdə son bir ayda dördüncü zəlzələdir.