Yuxuda da arıqlamaq olar - Britaniyalı alimlər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Bakıda yeni təmir edilən park zibilxananı xatırladır (VİDEO)  |     22:50 İlon Mask blokçeyn texnologiyalarını tətbiq etməyi planlaşdırır  |     22:44 ABŞ Meksika sərhədinə minlərlə hərbçi göndərə bilər  |     22:25 Qumlaq kənd orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı şikayətlərə aydınlıq gətirilib  |     22:11 Salyanda yük maşınının çəni partlayıb, ata və oğul yanıq xəsarətləri alıb  |     22:01 Bunu etsəniz, daha az yemək yeyəcəksiniz  |     21:47 Kaya Kallas Azərbaycana səfər edəcək  |     21:25 Bu ərazidə evlər bərpa olunacaq, yeni binalar tikiləcək - Pul ayrıldı  |     21:17 ABŞ qanunsuz miqrantları hər gün deportasiya etməyi planlaşdırır  |     21:11 Azərbaycanda qadın o qədər təzyiq dərmanı içdi ki, öldü  |     20:57 Komaya düşən sabiq nazirin son durumu açıqlandı  |     20:49 Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb  |     20:33 ​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB  |     20:26 Yanacağa qənaət etməyin 10 SADƏ YOLU  |     20:21 Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb  |     20:13 Xəzər dənizində zəlzələ olub  |     20:07 Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib  |     20:01 Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq  |     19:53 KİV: Almaniyalı mühəndis 120 gün sualtı kapsulda yaşayıb  |     19:48 Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb - VİDEO  |    

Yuxuda da arıqlamaq olar - Britaniyalı alimlər

Britaniyalı alimlər bildirirlər ki, gün ərzində kifayət qədər yatsaq, artıq çəkilərdən azad ola bilərik.

Median.Az
ölkə.az-a istinadən bildirir ki, alimlərin təcrübələrinə əsasən, sutkada 7-8 saat yaxşı yuxu arıqlamağa kömək edir. Təcrübə zamanı iki qrup könüllü eyni pəhrizdən istifadə edib. Amma onların iş və istirahət rejimi fərqli olub. Birinci qrup istədiyi qədər yatıb, ikinci qrup isə ciddi rejimə tabe olub. Nəticədə məlum olub ki, daha az yatanlarda arıqlama daha ləng gedib.

Alimlər bildirirlər ki, bədən daha çox gümrah olanda orqanizmdə şəkər miqdarı aşağı düşür. Bu isə əlavə kalorinin yanması ilə nəticələnir. Normal yuxu sağlamlıq üçün çox vacibdir. Mütəxəssislər qeyd edirlər ki, yuxu çatışmazlığı orqanizmə siqaret kimi təsir edir. Yuxu problemi olan insanlar fikrini toplamaqda o qədər çətinlik çəkir ki, bunu sərxoş insanlarla müqayisə etmək olar.

Qeyd edilir ki, kişilər sutka ərzində 7 saat 42 dəqiqə, qadınlar isə 7 saat 38 dəqiqə yatmalıdırlar. Yuxusuzluqdan əziyyət çəkənlər və naməlum səbəblərdən gecə oyananlar isə idmanla məşğul olsunlar. Bundan başqa, yuxudan əvvəl spirtli içki və kofein qəbul etmək olmaz. Yaxşı şam yeməyi də yuxuya pis təsir edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 386 26.06.19 23:59