"Burada havanı 10 manata satırlar" - Aktrisa istirahət mərkəzindən gileyləndi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Bakıda yeni təmir edilən park zibilxananı xatırladır (VİDEO)  |     22:50 İlon Mask blokçeyn texnologiyalarını tətbiq etməyi planlaşdırır  |     22:44 ABŞ Meksika sərhədinə minlərlə hərbçi göndərə bilər  |     22:25 Qumlaq kənd orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı şikayətlərə aydınlıq gətirilib  |     22:11 Salyanda yük maşınının çəni partlayıb, ata və oğul yanıq xəsarətləri alıb  |     22:01 Bunu etsəniz, daha az yemək yeyəcəksiniz  |     21:47 Kaya Kallas Azərbaycana səfər edəcək  |     21:25 Bu ərazidə evlər bərpa olunacaq, yeni binalar tikiləcək - Pul ayrıldı  |     21:17 ABŞ qanunsuz miqrantları hər gün deportasiya etməyi planlaşdırır  |     21:11 Azərbaycanda qadın o qədər təzyiq dərmanı içdi ki, öldü  |     20:57 Komaya düşən sabiq nazirin son durumu açıqlandı  |     20:49 Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb  |     20:33 ​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB  |     20:26 Yanacağa qənaət etməyin 10 SADƏ YOLU  |     20:21 Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb  |     20:13 Xəzər dənizində zəlzələ olub  |     20:07 Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib  |     20:01 Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq  |     19:53 KİV: Almaniyalı mühəndis 120 gün sualtı kapsulda yaşayıb  |     19:48 Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb - VİDEO  |    

"Burada havanı 10 manata satırlar" - Aktrisa istirahət mərkəzindən gileyləndi

Aktrisa Xuraman Əlizadə şəhərdə yerləşən istirahət mərkəzlərindən gileylənib.

O, ailəsi ilə getdiyi məkandan video paylaşaraq, qarşılaşdıqlarını deyib. Xuraman bildirib ki, dolu olan məkanlarda havanı belə pulla "satırlar":

"Bütün məkanlar doludur, yer yoxdur. Sonra da insanlar deyir ki, pul yoxdur. Gözəl inkişaf gedir. Amma bir şey mənə maraqlıdır: "bisetkada" oturmuşuq. Yanımızda qapısı, pəncərəsi olan otaq var. Bu otaqla "bisetka" arasında 10 manat fərq var. Bizə burada havanı 10 manata satırlar. Söhbət 10 manatdan getmir, sadəcə, adam özünü qəribə hiss edir.

Özəl məkandır, heç nə deyə bilmərik. Amma gələndə "çayevoy"dan əlavə cibinizə 10 manat da qoyun ki, gəlib əməkdaşlar artıq istəyəndə, pərt olmayasız".

Danışarkən ağlayan Xuraman köklüyünü ələ salanlardan da bəhs edib:

"Bir az yorğunam, fiziki yox, mənəvi... Bəzən insan hər şeydən yorulur. Bayaq bir kök xanım yazıb ki, necə belə kompleksizsiniz, rəqs edirsiz. Mən buyam, quruluşum, çəkim budur. Kompleksə düşdüyüm, çəkindiyim anlar olub. Adama bəzən elə qəribə baxırlar ki... Özümə çox qapanıram, siz etməyin. Girin hamam da, maşında qışqırın, ürəyinizə almayın".
///axşam.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 207 26.06.19 18:25