Kürdəmir rayonunda iki yaşlı körpəni it dişləyib.
Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Cəyli kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 2017-ci il təvəllüdlü Paşa Şirvan oğlu Mustafayevi it dişləyib. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona quduzluq əleyhinə peyvənd vurulub.