Şagirdlərə şad xəbər - Qadağa ləğv edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:57 Komaya düşən sabiq nazirin son durumu açıqlandı  |     20:49 Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb  |     20:33 ​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB  |     20:26 Yanacağa qənaət etməyin 10 SADƏ YOLU  |     20:21 Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb  |     20:13 Xəzər dənizində zəlzələ olub  |     20:07 Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib  |     20:01 Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq  |     19:53 KİV: Almaniyalı mühəndis 120 gün sualtı kapsulda yaşayıb  |     19:48 Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb - VİDEO  |     19:40 Ukraynalı karateçilər İtaliyada iştirak etdikləri turnirdən sonra ölkəyə qayıtmayıblar  |     19:33 "Mançester Yunayted" tarixinin ən gənc oyunçusu vəfat edib  |     19:25 Sumqayıtda qadına məxsus avtomobil yanıb  |     19:19 Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb  |     19:12 ABŞ-də 730 mindən çox məktəbli ölkədən deportasiya edilə bilər  |     19:04 Trampın nümayəndəsi: Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır  |     18:54 Bəzi ölkələrdə “TikTok” işləmir  |     18:41 Xaçmazda göldə 40 yaşlı kişinin meyiti tapılıb  |     18:37 “Səbail”dən minimal hesablı qələbə  |     18:25 Həkim cütlük yanan hoteldə 15 nəfərin həyatını xilas edibmiş  |    

Şagirdlərə şad xəbər - Qadağa ləğv edildi

Fənn (fənlər) üzrə illik qiyməti 2 olan buraxılış sinif şagirdlərinin yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmaması barədə qadağa ləğv edilib.

Nazirlər Kabineti bununla bağlı "Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları"nda müvafiq dəyişiklik edib.

Başqa sözlə, Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli qərarına əsasən, indiyə qədər tam orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya fənn (fənlər) üzrə illik qiyməti 2 olan buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmayıblar. Dəyişikliyə əsasən, fənn (fənlər) üzrə illik qiyməti 2 olan şagirdlərlə bağlı bu qadağa aradan qaldırılıb.

Müvafiq olaraq Nazirlər Kabineti "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"nda da dəyişiklik edib. Qaydaya əsasən, bu vaxta qədər ümumi orta və tam orta təhsil səviyyələri üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya buraxılış imtahanında iştirak etməyən, yaxud tam orta təhsil səviyyəsində fənn (fənlər) üzrə illik qiyməti "2" olduğu üçün yekun attestasiyaya buraxılmayan şəxslər ümumi təhsil pilləsini başa vurmamış hesab ediliblər. Dəyişikliyə əsasən, tam orta təhsil səviyyəsində fənn (fənlər) üzrə illik qiyməti "2" olduğu üçün yekun attestasiyaya buraxılmayan şəxslərlə bağlı hissə Qaydalardan çıxarılıb.

Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq belə bir qərar qəbul edib.

ÅagirdlÉrÉ Åad xÉbÉr - QadaÄa lÉÄv edildi

qafqazinfoскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 246 05.06.19 12:31