Xəzər rayonu Türkan, Suraxanı rayonu Hövsan, Səbail rayonu Şıx, Qaradağ rayonu Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərinin istifadəyə yararsız olmasına səbəb orada yaşayış yerlərindən məişət-çirkab sularının birbaşa dənizə axıdılmasıdır.
Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.
Onun sözlərinə görə, son 10 il əvvəllə müqayisədə, bu istiqamətdə nisbətən yaxşılaşma var:
“Yəqin, yaxın illərdə o ərazilərdə dəyişiklik hiss edəcəyik. Abşeron rayonunda may ayının 5-dən başlayaraq dəniz suyundan bir neçə dəfə təkrar nümunələr götürülüb və analiz olunub. Nabran, Türkan, Hövsan ərazisindən götürülən nümunələrin laborator müayinəsi davam edir və qısa müddətdə nəticələr açıqlanacaq”.
Şöbə müdiri qeyd edilib ki, dəniz suyunun çirklənməsinin qarşısını almaq üçün yeni tipli təmizləyici qurğuların tikilməsi nəzərdə tutulur.
“Yaxın dövrdə dövlət proqramına uyğun olaraq, çirkləndiricilərin qarşısı alınacaq”.