“Hacı Murad oğurluğu” ilə bağlı yeni faktlar - Azərbaycandan çıxarılmayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:33 ​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB  |     20:26 Yanacağa qənaət etməyin 10 SADƏ YOLU  |     20:21 Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb  |     20:13 Xəzər dənizində zəlzələ olub  |     20:07 Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib  |     20:01 Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq  |     19:53 KİV: Almaniyalı mühəndis 120 gün sualtı kapsulda yaşayıb  |     19:48 Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb - VİDEO  |     19:40 Ukraynalı karateçilər İtaliyada iştirak etdikləri turnirdən sonra ölkəyə qayıtmayıblar  |     19:33 "Mançester Yunayted" tarixinin ən gənc oyunçusu vəfat edib  |     19:25 Sumqayıtda qadına məxsus avtomobil yanıb  |     19:19 Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb  |     19:12 ABŞ-də 730 mindən çox məktəbli ölkədən deportasiya edilə bilər  |     19:04 Trampın nümayəndəsi: Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır  |     18:54 Bəzi ölkələrdə “TikTok” işləmir  |     18:41 Xaçmazda göldə 40 yaşlı kişinin meyiti tapılıb  |     18:37 “Səbail”dən minimal hesablı qələbə  |     18:25 Həkim cütlük yanan hoteldə 15 nəfərin həyatını xilas edibmiş  |     18:24 Yeni Kaledoniyada yenidən Azərbaycan bayrağı dalğalandı - Video  |     18:23 FHN təlim keçirdi - Video  |    

“Hacı Murad oğurluğu” ilə bağlı yeni faktlar - Azərbaycandan çıxarılmayıb

Qax rayonunda Şeyx Şamilin yaxın silahdaşı olmuş Hacı Muradın qalıqlarının qəbirindən oğurlandığı məlum olub.

Bu xəbəri oxu.az-a Qax rayon Polis İdarəsindəki məlumatlı mənbə təsdiq edib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Hacı Muradın qalıqlarının ölkədən çıxarılmasına dair yayılmış xəbərlər isə həqiqəti əks etdirmir. Belə ki, oğrular nəzarətdən yayınıb sərhədi keçə bilməzlər. Dağıstanın rəsmi şəxsləri də naibin sümüklərinin Xunzaxda basdırılması xəbərini inkar edir.

Sirli oğurluğun iştirakçılarının şəxsiyyəti hələ də məlum deyil. Onların tapılması istiqamətində iş aparılır.

Qeyd edək ki, mayın 30-da sosial şəbəkələrdə Maqomed Əmirxanov adlı birinə (Xunzax kəndinin dəfn məsələləri üzrə təşkilat komitəsinin sədri - red.) istinadən məlumat yayılmışdı ki, Şeyx Şamilin silahdaşının qalıqları Dağıstanda basdırılacaq.

Son iki gündə isə Rusiya mətbuatı Hacı Muradın qalıqlarının Dağıstana aparıldığı və Xunzax rayonunda basdırıldığını yazır. Hətta yayılan videoda Azərbaycanda naibin məzarının qazıldığı görünür. Hacı Muradın qalıqlarının mayın 31-də Azərbaycandan qeyri-qanuni yolla aparıldığı ehtimal edilirdi.

Sosial şəbəkələrdə iddia olunurdu ki, bu qalıqları Dağıstanın Tselmes kəndindən olan bir qrup gənc oğurlayıb.

Lakin Xunzax rayon administrasiyası da xəbəri yerli mətbu orqanlarına təsdiqləməyib.

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Hacı Muradın qalıqlarının oğurlanması barədə yayılan məlumatları oxu.az-a şərh edərək bildirib ki, hazırda Qax rayon hüquq-mühafizə orqanları hər hansı araşdırma aparmırlar.

Qeyd edək ki, avar mənşəli hərbçi Hacı Murad Şeyx Şamilin “sağ əli” hesab olunub. Onun başı Sankt-Peterburqda Etnoqrafiya və Antropologiya Muzeyində saxlanılır. Naib 1852-ci ildə öldürülüb. Vaxtilə Hacı Muradın kəllə sümüyünün Azərbaycan tərəfinə verilməsi məsələsi müzakirə olunmuş, lakin danışıqlar uğursuz alınmışdı.









скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 627 03.06.19 18:45