Metroda kondisioner problemi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:33 ​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB  |     20:26 Yanacağa qənaət etməyin 10 SADƏ YOLU  |     20:21 Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb  |     20:13 Xəzər dənizində zəlzələ olub  |     20:07 Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib  |     20:01 Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq  |     19:53 KİV: Almaniyalı mühəndis 120 gün sualtı kapsulda yaşayıb  |     19:48 Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb - VİDEO  |     19:40 Ukraynalı karateçilər İtaliyada iştirak etdikləri turnirdən sonra ölkəyə qayıtmayıblar  |     19:33 "Mançester Yunayted" tarixinin ən gənc oyunçusu vəfat edib  |     19:25 Sumqayıtda qadına məxsus avtomobil yanıb  |     19:19 Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb  |     19:12 ABŞ-də 730 mindən çox məktəbli ölkədən deportasiya edilə bilər  |     19:04 Trampın nümayəndəsi: Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır  |     18:54 Bəzi ölkələrdə “TikTok” işləmir  |     18:41 Xaçmazda göldə 40 yaşlı kişinin meyiti tapılıb  |     18:37 “Səbail”dən minimal hesablı qələbə  |     18:25 Həkim cütlük yanan hoteldə 15 nəfərin həyatını xilas edibmiş  |     18:24 Yeni Kaledoniyada yenidən Azərbaycan bayrağı dalğalandı - Video  |     18:23 FHN təlim keçirdi - Video  |    

Metroda kondisioner problemi - VİDEO

Yay aylarında metrodan istifadə edən sərnişinləri narahat edən məsələ qatarların bir çoxunda kondisioner sisteminin olmamasıdır.

Sərnişinlər deyir ki yeni və az sayda olan qatarların hamısında kondisioner sistemi işləsə də, köhnə qataların heç birində bu sistem yoxdur. Odur ki, vaqonlardakı isti hava bəzən sərnişinlərin halının pisləşməsinə gətirib çıxarır.

Bəs görəsən bu problemi nə vaxt həll olunacaq?

"Bakı Metropoliteni" Qapalı Səhmidar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Xəzər Xəbər"ə açıqlamasında bildirdi ki, yeni alınan 5 qatar 25 vaqonda kondisioner sistemi işlək vəziyyətə gətirilib. Hər bir yeni alınmış qatarda xüsusi nəzarət sistemi var ki, həmin sistem sərnişin salonunda mikroiqlim şəraitini nəzərə alır.

Köhnə qatarların 31 il istismar müddəti var. Bu il ərzində 6 qatar istismar müddətini başa vurduğu üçün xətdən çıxarılaraq yeniləri ilə əvəz olunacaq. Bunun üçün 6 qatarın alınması nəzərdə tutulub.

Bəxtiyar Məmmədov həmçinin onu da bildirdi ki, köhnə qatarların heç birində kondisioner sistemi yoxdur. Qatarları istehsal edən müəssisə ilə aparılan danışıqlar zamanı yekun rəy ondan ibarət olub ki, bu qatarlarda kondisioner sisteminin quraşdırılması texniki baxımdan mümkün deyil. Ona görə də qatarlar yeniləndikcə kondisioner problemi də həllini tapacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 355 03.06.19 14:27