Bakıda satılan qarpızlar haradan gətirilir və onları yemək olarmı? (AÇIQLAMA) » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:33 ​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB  |     20:26 Yanacağa qənaət etməyin 10 SADƏ YOLU  |     20:21 Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb  |     20:13 Xəzər dənizində zəlzələ olub  |     20:07 Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib  |     20:01 Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq  |     19:53 KİV: Almaniyalı mühəndis 120 gün sualtı kapsulda yaşayıb  |     19:48 Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb - VİDEO  |     19:40 Ukraynalı karateçilər İtaliyada iştirak etdikləri turnirdən sonra ölkəyə qayıtmayıblar  |     19:33 "Mançester Yunayted" tarixinin ən gənc oyunçusu vəfat edib  |     19:25 Sumqayıtda qadına məxsus avtomobil yanıb  |     19:19 Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb  |     19:12 ABŞ-də 730 mindən çox məktəbli ölkədən deportasiya edilə bilər  |     19:04 Trampın nümayəndəsi: Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır  |     18:54 Bəzi ölkələrdə “TikTok” işləmir  |     18:41 Xaçmazda göldə 40 yaşlı kişinin meyiti tapılıb  |     18:37 “Səbail”dən minimal hesablı qələbə  |     18:25 Həkim cütlük yanan hoteldə 15 nəfərin həyatını xilas edibmiş  |     18:24 Yeni Kaledoniyada yenidən Azərbaycan bayrağı dalğalandı - Video  |     18:23 FHN təlim keçirdi - Video  |    

Bakıda satılan qarpızlar haradan gətirilir və onları yemək olarmı? (AÇIQLAMA)

Hazırda Bakının bəzi marketlərində satılan qarpızlar İrandan gətirilir. Biz hələ onların monitorinqini aparmamışıq.

Bu sözləri Yeniavaz.com-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, AİB əməkdaşları xüsusi aparatlarla qarpızlarda olan nitritlərin miqdarını ölçürlər: "Çox təəssüflər olsun ki, istər qarpız mövsümündə satılan qarpızlarda, istərsə də indi satılan qarpızların tərkibində nitritlərin miqdarı iki dəfədən artıq olur. Bu, çox anormal bir haldır. Çünki belə olan halda əhalidə kütləvi və tədricən zəhərlənmə gedir. Düşünürəm ki, bütün qarpız-yemiş ticarəti ilə məşğul satıcılarda tester aparatından olmalıdır ki, əhali üçün təhlükəli olan məhsulları satışa qəbul etməsinlər, yaxud alıcılara nə qədər miqdarda qarpız yesələr, onlar üçün zərərli olacağını bildirsinlər. Çünki insan həyatı üçün təhlükəli olmayan qarpızların 1 kiloqramında 60 milli qram nitrat olmalıdır. İnsanların zəhərlənmə həddi 600 milliqramdır. Adətən biz 1 kiloqram qarpızın içərisində 300-350 milliqram nitratın olduğunu görürük. Bu da o deməkdir ki, insan həmin qarpızdan iki kiloqram yeyərsə, artıq zəhərlənər. Və yaxud az yesə, tədrici zəhərlənmə baş verər. Bu problem ölkədə yaşanır. Düşünürəm ki, Qida Təhlükəsizlik Agentliyi bu məsələni həll etməlidir. Ölkədə satılan qarpız və yemişlərin tərkibindəki nitritlərin miqdarı barədə daima monitorinq aparmalıdır. Elə etmək lazımdır ki, kənd təsərrüfatı işçilərinin əməyi zay olmasın. Əkinçilik vaxtı kübrələmə işi ilə məşğul olan zaman onlarla maarifləndirmə işi aparmaq lazımdır ki, zəhərli kübrələri az versinlər”.

İnsanların qarpız alarakən nələrə diqqət etməli olduğuna gəlincə, E.Hüseynov əlavə edib ki, Azərbaycanda yetişdirilən nisbətən təmiz qarpızların ağırlığı 5-6 kiloqramdan artıq olmur: "Normal, təhlükəsiz, zəhərsiz qarpızın içi al qırmızı rəngdə olur, içərisində zoğlar olmur, çoxlu tumlu olur. Zəhərlənmiş, silitra verilmiş qarpızlar ən çox çəhrayı rəngdə, ağ zoğlu, yüksək çəkiyə malik olur. Bu amillərə əhali fikir verməlidir. Qarpız mövsümü avqustun birinci yarısından başlayaraq sentyabr ayı boyunca davam edir. Bu vaxt yeyilən qarpızlar daha təhlükəsiz olur”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 472 01.06.19 22:37