Hər kəsin istifadə etdiyi bu yağlar insanı gənc yaşda öldürür - Alimdən ŞOK XƏBƏRDARLIQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:33 ​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB  |     20:26 Yanacağa qənaət etməyin 10 SADƏ YOLU  |     20:21 Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb  |     20:13 Xəzər dənizində zəlzələ olub  |     20:07 Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib  |     20:01 Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq  |     19:53 KİV: Almaniyalı mühəndis 120 gün sualtı kapsulda yaşayıb  |     19:48 Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb - VİDEO  |     19:40 Ukraynalı karateçilər İtaliyada iştirak etdikləri turnirdən sonra ölkəyə qayıtmayıblar  |     19:33 "Mançester Yunayted" tarixinin ən gənc oyunçusu vəfat edib  |     19:25 Sumqayıtda qadına məxsus avtomobil yanıb  |     19:19 Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb  |     19:12 ABŞ-də 730 mindən çox məktəbli ölkədən deportasiya edilə bilər  |     19:04 Trampın nümayəndəsi: Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır  |     18:54 Bəzi ölkələrdə “TikTok” işləmir  |     18:41 Xaçmazda göldə 40 yaşlı kişinin meyiti tapılıb  |     18:37 “Səbail”dən minimal hesablı qələbə  |     18:25 Həkim cütlük yanan hoteldə 15 nəfərin həyatını xilas edibmiş  |     18:24 Yeni Kaledoniyada yenidən Azərbaycan bayrağı dalğalandı - Video  |     18:23 FHN təlim keçirdi - Video  |    

Hər kəsin istifadə etdiyi bu yağlar insanı gənc yaşda öldürür - Alimdən ŞOK XƏBƏRDARLIQ

Trans yağlardan çox istifadə edən şəxslərin infarkt keçirmə riski digərlərinə nisbətdə 3 dəfə çoxdur. Bu da gənc yaşlarda ölüm riskini artırır.

Median.Az
xəbər verir ki, bu barədə Türkiyəli professor, qastroenteroloq Alparslan Tanoğlu açıqlama verib.

Professor bu yağların hazır qidaların içərisində olmasının sağlamlığa qarşı ciddi təhdid daşıdığını deyib:

"Trans yağlar bədən üçün əvəzedilməz qidalar sırasında deyil. Düzdür, ət və süd məhsullarında təbii halda bu yağlar ola bilər. Ancaq hazır qidaların tərkibində sağlamlığa zərər verəcək səviyyədə olmamasına diqqət etmək lazımdır. Bu yağların əsas zərəri bədəndə yağ balansını pozmasıdır. Bu zaman "pis xolesterol" səviyyəsi artır, ürək-qan damar sistemi xəstəliklərinə səbəb olur. İnfarkt riskini 3 dəfə artırmaq və gənc yaşda ölümə səbəb olması ilə yanaşı piylənmə, qaraciyər yağlanması, diabet, alzaymer kimi xəstəliklər, hamiləlikdə düşüklərə, süd və bağırsaq xərçənginə səbəb ola biləcəyi ilə bağlı elmi araşdırmalar var".

A.Tanoğlu bildirib ki, zərərlərinin bilinməsinə baxmayaraq hələ də, bu yağlardan istifadə edilməsinin əsas səbəbi qiymətinin ucuz olmasıdır:

"Xüsusən, hazır kartof qızartmaları, biskvitlər, şokalad növləri kimi məhsullarda trans yağlardan istifadə edilir. Digər yağlara görə trans yağların daha uzun ömürlü olması da ondan istifadəni şərtləndirən amillərdəndir. Dünyadakı sağlamlıq təşkilatları trans yağlardan istifadəni mümkün qədər azaltmaq istiqamətində çalışır. İnfarkt hallarının artması trans yağlardan istifadə ilə bağlı qanun layihəsinin hazırlanmasını labüd edir. Ona görə də alimlər trans yağlar əvəzinə hazır qidalarda zeytun, soya, qarğıdalı yağı və ya kərə yağından istifadəni məsləhət görür". (publika.az)

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 534 31.05.19 21:21