Emin Ağalarov Azərbaycanda narkotiklə mübarizəyə başladı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:33 ​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB  |     20:26 Yanacağa qənaət etməyin 10 SADƏ YOLU  |     20:21 Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb  |     20:13 Xəzər dənizində zəlzələ olub  |     20:07 Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib  |     20:01 Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq  |     19:53 KİV: Almaniyalı mühəndis 120 gün sualtı kapsulda yaşayıb  |     19:48 Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb - VİDEO  |     19:40 Ukraynalı karateçilər İtaliyada iştirak etdikləri turnirdən sonra ölkəyə qayıtmayıblar  |     19:33 "Mançester Yunayted" tarixinin ən gənc oyunçusu vəfat edib  |     19:25 Sumqayıtda qadına məxsus avtomobil yanıb  |     19:19 Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb  |     19:12 ABŞ-də 730 mindən çox məktəbli ölkədən deportasiya edilə bilər  |     19:04 Trampın nümayəndəsi: Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır  |     18:54 Bəzi ölkələrdə “TikTok” işləmir  |     18:41 Xaçmazda göldə 40 yaşlı kişinin meyiti tapılıb  |     18:37 “Səbail”dən minimal hesablı qələbə  |     18:25 Həkim cütlük yanan hoteldə 15 nəfərin həyatını xilas edibmiş  |     18:24 Yeni Kaledoniyada yenidən Azərbaycan bayrağı dalğalandı - Video  |     18:23 FHN təlim keçirdi - Video  |    

Emin Ağalarov Azərbaycanda narkotiklə mübarizəyə başladı - FOTO

Xalq artisti Emin Ağalarov Rusiya Milli Anti-Narkotik Birliyinin (NAS) rəhbəri Nikita Luşnikovla birlikdə Azərbaycanda sözügedən mərkəzin filialını açmaq istəyir.  

Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Emin bu barədə “Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə günü”nə həsr olunmuş mətbuat konfransında qeyd edib. 

Tədbirdə Emin Ağalarov, Nikita Luşnikov, MMA çempionu Fedor Emelyanenko və kino-teatr aktyoru Pavel Derevyanko iştirak edib. 
 


“Mən Azərbaycanı çox sevirəm. Bu problemin ölkəmdə həllinə başlamaq üçün Rusiyadan dostlarımı Bakıya dəvət etmişəm. Bəxtim gətirib ki, narkotikdən istifadə etməmişəm. Böyük uğurdur. Çünki işlədiyim sahədə bu, nadir hal kimi qəbul edilir.  Mənim 4 uşağım var. İstəyirəm ki, onlar bu təhlükədən maksimum dərəcədə müdafiə olunsunlar”- deyə E. Ağalarov bildirib. 



Xalq artisti dövlətin ona bu fəaliyyətində dəstək olacağına inandığını qeyd edib. 

Nikita Luşnikov isə bildirib ki, narkotik onun 10 ilini əlindən alıb: “Rusiyada elə bir narkotik növü olmayıb ki, istifadə etməyim. Ona görə də, bu asılılıqdan çətinliklə azad oldum. Heç bir həkim köməklik göstərə bilmədi. Özümə və Allaha inam sayəsində narkotikdən azad oldum. Rusiyada narkomaniya yayılıb. Bizə çox məşhurlar müraciət edib. Təəssüf ki, onların adını açıqlaya bilmərik, müalicə anonim şəkildə aparılır.  Elə tanınmışlar var ki, bizdən çox tok-şoulara müraciət edərək bundan reytinq toplayırlar. Heç kimin bostanına daş atmıram. Bu, onların işidir.


Həqiqətən də əziyyət çəkənlər arasında xilas ola bilməyənlər də var. Buna səbəb onların öz xilas istəklərinin az olması ilə bağlıdır. Azərbaycanda da narkomaniya var, ancaq Rusiyadakı kimi güclü deyil. Bizə Azərbaycandan da müraciət edənlər var, uğurla müalicəni bitiriblər. Biz Eminlə burada mərkəz açmaq qərarına gəlmişik, bir neçə beynəlxalq layihələrdə də əməkdaşlıq edəcəyik”. 

Luşnikov etiraf edib ki, möcüzə sayəsində narkotikdən xilas olub və təxminən 15 il əvvəl “NAS”ı yaratmaq qərarına gəlib. 


Pavel Derevyanko da jurnalistlərin suallarına cavab verərək müalicə olunanlar barədə fikirlərini bölüşüb:

“Aktyorların stresli həyatı var. Nikita ilə tanışlıqdan sonra həyatım dəyişdi. Mən mərkəzə gedəndə müalicə olanlarla tanış oldum və mənim üçün böyük görünən problemlərimin onların yanında heç nə olduğunu anladım. Biz onlara kömək etməyə çalışırıq. Təəsüf ki, çox vaxt narkotikə güc gələ bilmirlər. Ancaq biz kömək üçün əlimizdən gələni edirik”. 




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 099 30.05.19 14:45