Bakıda Qədr gecəsi - FOTOREPORTAJ » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |     15:08 Şagirdi döyməsi ilə məşhurlaşan sabiq icra başçısı müavininin adı MSK siyahısından çıxarıldı  |     15:06 Azərbaycanda 36 yaşlı hakim qəfil vəfat etdi  |     15:01 İcra başçısı qalmaqallı şəkilləri saytdan sildirdi, birini "fotoşop"latdı (FOTO)  |    

Bakıda Qədr gecəsi - FOTOREPORTAJ

Bu gecə Ramazan ayının 19-cu gecəsi idi. Yəni, Qədr gecəsi. İslam dininin müqəddəs kitabı olan “Quran”ın məhz Qədr gecəsində Peyğəmbərə (s) nazil olduğuna inanılır.

Lakin Qədr gecəsinin dəqiq hansı gecə olması mübahisəlidir. Bu səbəbdən Ramazan ayının 19, 21 və 23-cü gecələri Qədr gecəsi kimi qeyd olunur.

Bu gecələrdə səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır.

Bu gecənin müxtəlif əməlləri var ki, onlardan bəzilərini təqdim edirik:

- Səhərə qədər məsciddə ibadət etmək

- 2 rükət Qədr gecəsi namazı qılmaq

- Quranı açıq halda baş üzərinə qoyub Allah, Peyğəmbər və imamların adlarına Allahı and verib bağışlanma diləmək

- 100 rükət müstəhəb namaz qılmaq. Qəza namazı olanlar yaxşı olar ki, 6 günlük qəza namazı qılsınlar. Bunun savabı həm 100 rükətli namazın savabını ödəyir, həm də 6 günlük qəza namazı qılınmış olur

- İmam Səccadın (ə) Qədr gecəsində oxuduğu duanı oxumaq

- Peyğəmbər və Əhli-beytinə salavat hədiyyə etmək

- Müsəlman aləmində olduğu kimi, Azərbaycanda da insanlar məscidlərə toplaşaraq, səhərə kimi ibadət və dualar ediblər.

Oxu.Az-ın fotoqrafı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Fatimeti-Zəhra” məscidində olub və onların ibadətini lentə alıb.



















скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 002 25.05.19 14:05