Təhsil Nazirliyi “popkorn”satan yeniyetməyə dəstək oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:20 Ancelina Colinin boşanması ilə bağlı iddia: Əzab vermək istəyib  |     14:19 Konor Makqreqor UFC-dən ayrılır?  |     14:11 Qışda sağlamlığı möhkəmləndirmək üçün qədim içki - Kompotdan daha faydalı uzvar  |     13:56 Tailandda qorxunc hadisə: Rusiyalı kişiyə ölüm cəzası verilə bilər - SƏBƏB  |     13:53 ABŞ pasportlarında ciddi dəyişiklik edilir  |     13:48 Arıqlamağın düşmənləri: Maddələr mübadiləsini yavaşladan 5 məhsul  |     13:41 Azərbaycan idmançısı bürünc medal qazanıb  |     13:32 Miri Yusifin prodüserini hədələyən şəxs saxlanıldı  |     13:28 Bakıda avtomobil mopedlə toqquşub, ölən var  |     13:18 Ağadadaş Ağayevin balta ilə xəsarət yetirdiyi xadimə Mübariz Mənsimovun əmisi qızıdır  |     23:03 Bakıdan kənarda torpaq qiymətlərində artımın səbəbi nədir? (VİDEO)  |     22:44 Şou-biznesdə ilk: Nura Suri süni intellektlə klip çəkdi - Video  |     22:34 İstanbul-Moskva təyyarəsi Həştərxanda məcburi eniş etdi  |     22:26 "Kəpəz" Malta millisinin futbolçusunu transfer etdi  |     22:17 Türkiyədə bina çökdü  |     22:01 Dünyanın ən təhlükəsiz minik avtomobilləri hansılardır?  |     21:44 Astaralı bacı-qardaş 7 aydır ki, meşədə, küçədə, kanalda yaşayır - VİDEO  |     21:28 Tramp ABŞ-nin əsas biotibb institutunun işini dayandırıb  |     21:09 Zaqatalada xəstəxanaya gələn 39 yaşlı şəxs anidən öldü  |     20:54 İspaniya polisi Çindən olan insan alveri şəbəkəsini yaxalayıb  |    

Təhsil Nazirliyi “popkorn”satan yeniyetməyə dəstək oldu

Bu günlərdə Milli Məclisin deputatı Rasim Musabəyov “Azneft” meydanı ərazisində yerləşən yeraltı keçiddə küçə ticarəti ilə məşğul olan yeniyetmə ilə bağlı etiraz edib. Nəticədə həmin “popkorn” satan yeniyetmə keçiddən uzaqlaşdırılıb. Deputatın bu hərəkəti ictimaiyyət tərəfindən böyük narazılıqla qarşılandı.

Məsələyə Təhsil Nazirliyinin münasibətini öyrəndik. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov oxu.az-a bildirib ki, məsələ nəzarətə götürülüb:

“Bir neçə gündür “Azneft” meydanının yaxınlığındakı keçiddə “popkorn” satan yeniyetmə ilə bağlı geniş müzakirələr aparılır. Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənci tapdıq.

Aydınlaşdırdıq ki, Seyfullayev İsrafil Vüqar oğlu 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017-ci ildə IX-cu sinfi, icbari təhsil mərhələsini bitirib. Hazırda təhsil almır, Binəqədi rayonunda yaşayır.

Əmək Məcəlləsi hər bir kəsə 15 yaşından sonra işləmək hüququ verir. İsrafilin arzusuna uyğun olaraq ona peşə məktəbinə qəbul olunması üçün təklif ediləcək”.

Xatırladaq ki, R.Musabəyov “Azneft” meydanındakı yeraltı keçiddə uşağın popkorn satmasını qınamışdı:

“Bakılıları və şəhərin qonaqlarını sevindirmək üçün dövlətin milyonlarla manat vəsaitinin xərcləndiyi popkorn satıcısı həyasızcasına yerləşib və yanıq qoxusu ilə bütün ətrafı iyləndirib. İcazəsiz işləyir, dövlətin elektrik enerjisindən pulsuz istifadə edir, vergi ödəmir. Bakılıları zəhərləməmək və bizi qonaqlar qarşısında biabır etməmək üçün kim tədbir görəcək?”

Rasim Musabəyovun əksinə, digər millət vəkili Aydın Mirzəzadə bu yanaşmadan narazı qalaraq “O uşağı oradan aparatı ilə çıxarmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi”,- deyə bildirmişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 410 10.05.19 11:28