Gəmidəki yanğında xəsarət almış şəxslərin son vəziyyəti - "Nəfəs boruları yanıb" » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:31 Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib  |     14:20 Ancelina Colinin boşanması ilə bağlı iddia: Əzab vermək istəyib  |     14:19 Konor Makqreqor UFC-dən ayrılır?  |     14:11 Qışda sağlamlığı möhkəmləndirmək üçün qədim içki - Kompotdan daha faydalı uzvar  |     13:56 Tailandda qorxunc hadisə: Rusiyalı kişiyə ölüm cəzası verilə bilər - SƏBƏB  |     13:53 ABŞ pasportlarında ciddi dəyişiklik edilir  |     13:48 Arıqlamağın düşmənləri: Maddələr mübadiləsini yavaşladan 5 məhsul  |     13:41 Azərbaycan idmançısı bürünc medal qazanıb  |     13:32 Miri Yusifin prodüserini hədələyən şəxs saxlanıldı  |     13:28 Bakıda avtomobil mopedlə toqquşub, ölən var  |     13:18 Ağadadaş Ağayevin balta ilə xəsarət yetirdiyi xadimə Mübariz Mənsimovun əmisi qızıdır  |     23:03 Bakıdan kənarda torpaq qiymətlərində artımın səbəbi nədir? (VİDEO)  |     22:44 Şou-biznesdə ilk: Nura Suri süni intellektlə klip çəkdi - Video  |     22:34 İstanbul-Moskva təyyarəsi Həştərxanda məcburi eniş etdi  |     22:26 "Kəpəz" Malta millisinin futbolçusunu transfer etdi  |     22:17 Türkiyədə bina çökdü  |     22:01 Dünyanın ən təhlükəsiz minik avtomobilləri hansılardır?  |     21:44 Astaralı bacı-qardaş 7 aydır ki, meşədə, küçədə, kanalda yaşayır - VİDEO  |     21:28 Tramp ABŞ-nin əsas biotibb institutunun işini dayandırıb  |     21:09 Zaqatalada xəstəxanaya gələn 39 yaşlı şəxs anidən öldü  |    

Gəmidəki yanğında xəsarət almış şəxslərin son vəziyyəti - "Nəfəs boruları yanıb"

Xəzər dənizində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində baş verən yanğın nəticəsində Mərkəzi Neftçilər Xəstəxanasına gətirilən xəstələrdən 7 nəfərin vəziyyəti ağır olaraq qalır.

Bunu xəstəxananın reanimotoloqu Aybəniz Nəbiyeva deyib.

Onun sözlərinə görə, hazırda reanimasiyada olan həmin 7 nəfərdən 3-nün vəziyyəti daha kritikdir: "3 nəfərin bədəninin 40 faizi və nəfəs boruları yanıb. Vəziyyəti kritik olanların 3-ü də xarici ölkə vətəndaşlarıdır. Digər xəstələrin isə vəziyyəti orta ağırdır. Xəstələrin bəzilərinin vəziyyəti normal olandan sonra evə buraxıla bilər".

Qeyd edək ki, ötən gün təqribən saat 18:30 radələrində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb, yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Onlardan 1-i evə buraxılıb, qalan 13 nəfərdən 7-si reanimasiya şöbəsinə, 6 nəfər isə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 744 09.05.19 16:40