İsmayıllıda 5 ayın gəlini yaşadığı evdə asılı vəziyyətdə tapılıb.
Median.Az xəbər verir ki, valideynləri və qohumları rayonun Qaraqaya kənd sakini olmuş Mahirənin ölümündə onun həyat yoldaşını ittiham edirlər. Mərhumun ailə üzvlərinin iddialarına görə təzə gəlini əri qısqanclıq zəminində qətlə yetirib.
Mahirənin dayısı mərhuma zülümlər verildiyini iddia edib:
Təzə gəlinin atası da tükürpədici açıqlamaları ilə diqqət çəkib:
"Bilməzdim balamı belə zülümlə öldürərlər. Birinci gün bizə elçiliyə gələndə bizi aldatdılar. Dedi "Onsuz da biləcəksiniz, ilk evləndiyim qadını toy gecəsi qaytarmışam". Güya o qız uşağı çıxmayıb, toy gecəsi qaytarılıb. Amma yalandır. 40 gün o qızı (birinci həyat yoldaşını) da evində saxlayıb. Əvvəl bilməmişik. 40 gündən sonra qızın anası balasını qaçırdıb onlardan".
Mahirənin anası isə qızının ölüm xəbərini kürəkənindən aldığını bildirib:
Biz xəstəxanaya çatanda qızımı morqa saldılar. Prokurorla girdik morqa. Elə bil qızım yuxuya gedib. Dodağı Babadağının qarı kimi idi. Boğazında təkcə ip izi var idi. Səhərdən öldürmüşdülər nə idi bilmirəm, təzə ölən bu dəqiqə soyumadı ki. Elə bil ki, qızımı don vurmuşdu. Heç vaxt mənim qızım özünü asmaz. Ona görə ki, o, namaz qılan, Quran oxuyan, Allaha inanan adam idi. Həmişə deyirdi ki, "Allahın işinə qarışmaq olmaz. Allah adama necə can verirsə, elə də alacaq. Mən kürəkəndən şübhələnirəm".
Qeyd edək ki, bəy toyunda Mahirənin cəmi bir dəfə rəqsinə icazə verib. Ailə üzvlərinin dediyinə görə, onlara qonaq gələn valideynlərini Mahirə əri Seyhunun icazəsi olmadan evə buraxmırmış. "Zəng edin Seyhuna deyin, sonra" deyirmiş.//milli.az