Ekstrasens Bayram Nurlu sosial şəbəkədə yeni video paylaşıb.
Nurlu videosunda müsəlmanlar üçün vacib olan 5 şərtdən danışıb.
O, gələcəkdə bu şərtlərdən biri olan Həcc ziyarətinə getməyə hazırlaşdığını deyib:
"Allahın 5 şərtini yerinə yetirmək lazımdır. Məsələn, mən həcc ziyarətinə də gedəcəm. Özümlə iki adamı da ora aparacam.Qəlbi kinli insanlara üzümü tuturam. Bu ayda bizə ancaq savablar qalır. Nə villa, nə maşın, nə də zinət əşyaları aparmayacağıq. 4 metrlik bir parça aparacağıq".