Cəlilabad rayonunun Şatırlı kəndində daş dövrünə aid əmək aləti tapılıb.
Median.Az report-a istinadən xəbər verir ki, aləti təsərrüfat işləri zamanı kənd sakini Surxay Salayev aşkarlayıb.
Yerli tarixçi Elşad Əmənovun verdiyi məlumata görə, tapıntı, təxminən, daş dövrünə aiddir və öyrənilməsinə ehtiyac var. Həmçinin o qeyd edib ki, bu alətdən dən, quru otların üyüdülməsi (ovulması) zamanı və dərman bitkilərinin hazırlanmasında istifadə edilib.
Tapılmış tarixi nümunələr Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.