Cəlilabad rayonunun Alar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az bildirir ki, Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, mayın 5-i saat 5 radələrində Cəlilabad şəhər sakini Məmməd Məmmədov idarə etdiyi "Hyundai Tucson" markalı avtomobili aşırıb.
Nəticədə sürücü və sərnişin Fərəcağa Fərəcov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.