Təranə Səmədova azadlıqda » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:31 Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib  |     14:20 Ancelina Colinin boşanması ilə bağlı iddia: Əzab vermək istəyib  |     14:19 Konor Makqreqor UFC-dən ayrılır?  |     14:11 Qışda sağlamlığı möhkəmləndirmək üçün qədim içki - Kompotdan daha faydalı uzvar  |     13:56 Tailandda qorxunc hadisə: Rusiyalı kişiyə ölüm cəzası verilə bilər - SƏBƏB  |     13:53 ABŞ pasportlarında ciddi dəyişiklik edilir  |     13:48 Arıqlamağın düşmənləri: Maddələr mübadiləsini yavaşladan 5 məhsul  |     13:41 Azərbaycan idmançısı bürünc medal qazanıb  |     13:32 Miri Yusifin prodüserini hədələyən şəxs saxlanıldı  |     13:28 Bakıda avtomobil mopedlə toqquşub, ölən var  |     13:18 Ağadadaş Ağayevin balta ilə xəsarət yetirdiyi xadimə Mübariz Mənsimovun əmisi qızıdır  |     23:03 Bakıdan kənarda torpaq qiymətlərində artımın səbəbi nədir? (VİDEO)  |     22:44 Şou-biznesdə ilk: Nura Suri süni intellektlə klip çəkdi - Video  |     22:34 İstanbul-Moskva təyyarəsi Həştərxanda məcburi eniş etdi  |     22:26 "Kəpəz" Malta millisinin futbolçusunu transfer etdi  |     22:17 Türkiyədə bina çökdü  |     22:01 Dünyanın ən təhlükəsiz minik avtomobilləri hansılardır?  |     21:44 Astaralı bacı-qardaş 7 aydır ki, meşədə, küçədə, kanalda yaşayır - VİDEO  |     21:28 Tramp ABŞ-nin əsas biotibb institutunun işini dayandırıb  |     21:09 Zaqatalada xəstəxanaya gələn 39 yaşlı şəxs anidən öldü  |    

Təranə Səmədova azadlıqda

İnsan alverində təqsirləndirilərək həbs edilən tanınmış prodüser Təranə Səmədova azadlığa buraxılıb.

Bu barədə oxu.az-a T.Səmədovanın vəkili Janna Bağırova məlumat verib.

O deyib ki, Ali Məhkəmədə Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə prodüserin cəzasının azaldılması barədə qərar verilib:

“Artıq qərar icra olunub və Təranə Səmədova bu dəqiqələrdə cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb”.

Xatırladaq ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə T.Səmədova bir il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmənin iclas zalında həbs olunub. Prodüser Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, onun şikayəti təmin edilməmişdi.

İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb.

O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 690 06.05.19 18:10