Samuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az-ın qafqazinfo-ya istinadən məlumatına görə, hadisə rayonun Tatlı kəndi ərazisində baş verib. Yüksək sürətlə hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetməni ittirərək əvvəlcə yolun kənarındakı ağaca çırpılıb, daha sonra kanala düşüb. Sürücü hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, ölən şəxs Goranboy rayonunun Baxçakürd kənd bələdiyyə sədri Verdiyev Sakitdir. Faktla bağlı araşdırma aparılır.