Spirtli içki içən şəxs oruc tuta bilər? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Bakıdan kənarda torpaq qiymətlərində artımın səbəbi nədir? (VİDEO)  |     22:44 Şou-biznesdə ilk: Nura Suri süni intellektlə klip çəkdi - Video  |     22:34 İstanbul-Moskva təyyarəsi Həştərxanda məcburi eniş etdi  |     22:26 "Kəpəz" Malta millisinin futbolçusunu transfer etdi  |     22:17 Türkiyədə bina çökdü  |     22:01 Dünyanın ən təhlükəsiz minik avtomobilləri hansılardır?  |     21:44 Astaralı bacı-qardaş 7 aydır ki, meşədə, küçədə, kanalda yaşayır - VİDEO  |     21:28 Tramp ABŞ-nin əsas biotibb institutunun işini dayandırıb  |     21:09 Zaqatalada xəstəxanaya gələn 39 yaşlı şəxs anidən öldü  |     20:54 İspaniya polisi Çindən olan insan alveri şəbəkəsini yaxalayıb  |     20:43 Bakıda qadın qazdan boğulub öldü  |     20:31 İraqda neft emalı zavodunda yanğın baş verib, yaralananlar var  |     20:19 Putin: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır  |     20:08 Sosial şəbəkə hesabı olan nazirlər - Ən çox izləyicisi olanlar kimlərdir?  |     19:58 Rusiya XİN: Ukraynanın NATO-ya daxil olması sülhün əldə edilməsini istisna edir  |     19:53 Cəlilabadda 1990-cı il yanvar hadisələrinin iştirakçısı: Bizi döyən 30-40 yaşlı hərbçilər narkotikin təsiri altında idilər  |     19:48 Belarus Prezidenti 15 məhkumu əfv edib  |     19:42 Şənbə gününün hava proqnozu açıqlanıb  |     19:42 Goranboyda qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     19:31 "Formula 1" pilotları nalayiq ifadələrə görə diskvalifikasiya oluna bilərlər  |    

Spirtli içki içən şəxs oruc tuta bilər?

"Ramazanda iftardan sonra spirtli içki içmək orucluq savabını aradan qaldırmasa da, ayrıca günahdır”.

İlin 11 ayı spirtli içki içən şəxslərin bəziləri Ramazan ayında nədənsə ondan uzaqlaşır. Lakin onların əksinə, oruc tutmasına baxmayaraq, iftardan sonra spirtli içki qəbul edən şəxslər də var.

Median.Az-ın məlumatına görə, ilahiyyatçı Samir Əzizov Redaktor.az-a açıqlamasında bildirib ki, Ramazan ayında spirtli içki qəbulu bəndəyə əlavə günah qazandırır:

"Ramazan ayı ərzində spirtli içki qəbul edənlərlə yanaşı, baş verən cinayətlərin sayı azalır. Bu statistik göstərici orucluq ab-havasının müsbət təsirindən irəli gəlir. İnsan Ramazan ayı ərzində spirtli içkidən uzaq dura bilirsə, deməli, alkoqollu içkilərdən tamamilə uzaqlaşa bilər. Ramazan ayının özəl bir həssaslığı var.

Hansı ki, Allah bu ayda bəndələrdən daha çox ibadət edib, savab qazanmasını istəyir. Bir insan iftardan sonra spirtli içkiyə qayıdırsa, orucluqdakı məqsədin hasil olmadığını göstərir. Bütün hallarda həmin insanların orucluqdan tamamən uzaqlaşmaması üçün haram olduğunu bildirilmir. Çünki elə insanlar var ki, orucluqdan sonra spirtli içkidən həmişəlik uzaqlaşırlar”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 647 03.05.19 21:39