Üzü tanınmaz hala düşən fəhlə: "Həkim məni insanlıqdan çıxarıb" - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Bakıdan kənarda torpaq qiymətlərində artımın səbəbi nədir? (VİDEO)  |     22:44 Şou-biznesdə ilk: Nura Suri süni intellektlə klip çəkdi - Video  |     22:34 İstanbul-Moskva təyyarəsi Həştərxanda məcburi eniş etdi  |     22:26 "Kəpəz" Malta millisinin futbolçusunu transfer etdi  |     22:17 Türkiyədə bina çökdü  |     22:01 Dünyanın ən təhlükəsiz minik avtomobilləri hansılardır?  |     21:44 Astaralı bacı-qardaş 7 aydır ki, meşədə, küçədə, kanalda yaşayır - VİDEO  |     21:28 Tramp ABŞ-nin əsas biotibb institutunun işini dayandırıb  |     21:09 Zaqatalada xəstəxanaya gələn 39 yaşlı şəxs anidən öldü  |     20:54 İspaniya polisi Çindən olan insan alveri şəbəkəsini yaxalayıb  |     20:43 Bakıda qadın qazdan boğulub öldü  |     20:31 İraqda neft emalı zavodunda yanğın baş verib, yaralananlar var  |     20:19 Putin: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır  |     20:08 Sosial şəbəkə hesabı olan nazirlər - Ən çox izləyicisi olanlar kimlərdir?  |     19:58 Rusiya XİN: Ukraynanın NATO-ya daxil olması sülhün əldə edilməsini istisna edir  |     19:53 Cəlilabadda 1990-cı il yanvar hadisələrinin iştirakçısı: Bizi döyən 30-40 yaşlı hərbçilər narkotikin təsiri altında idilər  |     19:48 Belarus Prezidenti 15 məhkumu əfv edib  |     19:42 Şənbə gününün hava proqnozu açıqlanıb  |     19:42 Goranboyda qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     19:31 "Formula 1" pilotları nalayiq ifadələrə görə diskvalifikasiya oluna bilərlər  |    

Üzü tanınmaz hala düşən fəhlə: "Həkim məni insanlıqdan çıxarıb" - VİDEO

"Mən insana oxşamıram. Həkim məni insanlıqdan çıxarıb"- deyən 40 yaşlı Ramin Məmmədovun videomüraciəti dünəndən "Facebook"da ən çox paylaşılan və müzakirə olunan mövzudur.

Median.Az
xəbər verir ki, ötən ilin dekabr ayında burnunda keçirilən cərrahi əməliyyatdan sonra üzü tanınmaz hala düşən Ramin Məmmədov başına gələnlərdə üz-çənə cərrahı Çingiz Rəhimovu günahlandırır.


O, ötən ilin dekabr ayının 15-də biopsiya götürülmədən burnundan əməliyyat olunduğunu, nəticədə burnunda və üzünün bir hissəsində şişlər yarandığı deyir: "Məndən başqa analizlər götürüldü, amma burnumdan biopsi götürülmədən əməliyyat etdi. Əməliyyatdan sonra deyir ki, onkoloji xəstəyəm. Onkoloji xəstə olduğumu bilsəydim, əməliyyat etdirməzdim".

Tibb elmləri doktoru, professor, ATU ağız və üz çənə cərrahiyyəsi kafedrasının müdiri Çingiz Rəhimov BAKU.WS-ə açıqlamasında, xəstənin belə düşünməsini və onu günahlandırmasını savadsızlığı ilə əlaqələndirdi:

"Hazırda xəstədə vəziyyətin ağırlaşması onkoloji xəstəliyin inkişafı və həkim tövsiyyələrinin yerinə yetirmədiyi ilə bağlıdır".

Cərrah deyir ki, Ramin Məmmədovun üzərində başqa əməliyyat aparılmayıb, yalnız burnundakı şişin onkoloji olub-olmamasınının dəqiqləşdirilməsi məqsədilə biopsiya götürülüb:

"Xəstə, Məmmədov Ramin Aslan oğlu 26.01.1979-cu il təvəllüdlü sol gözyuvasıaltı və yanaq nahiyələrində şişkinlik, ağrılar, burundan kəskin qoxulu qanlı-irinli ifrazatın olması, burun tənəffüsünün çətinləşməsi şikayətləri ilə ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət etmişdi. Xəstənin deməsinə görə, qeyd olunan şikayətlər təxminən 6-8 ay əvvəl başlamışdır və son vaxtlar artmışdır.

Xəstə ilk müalicəni yaşadığı rayonda alıb, amma heç bir nəticə əldə olunmayıb. Xəstəyə Tədris Cərrahiyyə Klinikasında kliniki, laborator və rentgenoloji müayinələr keçirilmişdir. Xəstəyə terapevt, anestezioloq və prof. Tərəfimdən konsultasiya aparılıb və diaqnozun dəqiqləşdirilməsi üçün törəmədən biopsiya götürülməsi tövsiyyə olunub.

Biopsiya zamanı törəmədən qanaxma ehtimalının yüksək olduğünu nəzərə alaraq əməliyyatı ümümi ağrısızlaşdırma ilə aparılması qərara alınıb. Xəstə bu barədə məlumatlandırılıb və əməliyyata onun yazılı razılığı alınıb. Xəstəyə 14.12.2018-ci il tarixində “sol tərəfli haymorotomiya yolu ilə törəmədən biopsiya” əməliyyatı aparılmışdır.

Əməliyyatdan sonra patohistoloji müayinədə yastı epitel karsinoması, yüksək differensiasiya aşkar edilmişdir. Xəstə sonrakı müayinə və müalicə aparılması məqsədilə ixtisaslaşmış onkoloji müəssisəyə göndərilmişdir.

Lakin aldə etdiyimiz məlumata əsasən xəstə onkoloji müəsissəsində müalicədən imtna etmiş və yaşadığı ünvan üzrə müalicəni dəvam etdirmişdir.

Tədris Cərrahiyyə Klinikasında olduğu dövrdə xəstə tərəfindən tibb personalına və şəxsən professor Rəhimova heç bir şikayyəti olmadığını bildirilmişdir və bünü rəsmi məktubla imzalanmışdır".

Qeyd edək ki, üç uşaq atası R.Məmmədovun maddi vəziyyəti yeni əməliyyata və müalicəyə imkan vermir. Fəhləlik edən Ramin "Qul bazarı" deyilən yerdə özünə günəmuzd iş tapırdı. Xarici görünüşü bərbad hala düşdüyündən artıq heç kim ona iş vermir. Fəhlə dostları onun ailəsini dolandırmaq üçün 1 manatdan pul toplayıb, yardım edirlər.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 951 01.05.19 16:30