“Bu günə qədər mənəviyyatımı qoruya bilmişəm” - Abutalıbov » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Bakıdan kənarda torpaq qiymətlərində artımın səbəbi nədir? (VİDEO)  |     22:44 Şou-biznesdə ilk: Nura Suri süni intellektlə klip çəkdi - Video  |     22:34 İstanbul-Moskva təyyarəsi Həştərxanda məcburi eniş etdi  |     22:26 "Kəpəz" Malta millisinin futbolçusunu transfer etdi  |     22:17 Türkiyədə bina çökdü  |     22:01 Dünyanın ən təhlükəsiz minik avtomobilləri hansılardır?  |     21:44 Astaralı bacı-qardaş 7 aydır ki, meşədə, küçədə, kanalda yaşayır - VİDEO  |     21:28 Tramp ABŞ-nin əsas biotibb institutunun işini dayandırıb  |     21:09 Zaqatalada xəstəxanaya gələn 39 yaşlı şəxs anidən öldü  |     20:54 İspaniya polisi Çindən olan insan alveri şəbəkəsini yaxalayıb  |     20:43 Bakıda qadın qazdan boğulub öldü  |     20:31 İraqda neft emalı zavodunda yanğın baş verib, yaralananlar var  |     20:19 Putin: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır  |     20:08 Sosial şəbəkə hesabı olan nazirlər - Ən çox izləyicisi olanlar kimlərdir?  |     19:58 Rusiya XİN: Ukraynanın NATO-ya daxil olması sülhün əldə edilməsini istisna edir  |     19:53 Cəlilabadda 1990-cı il yanvar hadisələrinin iştirakçısı: Bizi döyən 30-40 yaşlı hərbçilər narkotikin təsiri altında idilər  |     19:48 Belarus Prezidenti 15 məhkumu əfv edib  |     19:42 Şənbə gününün hava proqnozu açıqlanıb  |     19:42 Goranboyda qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     19:31 "Formula 1" pilotları nalayiq ifadələrə görə diskvalifikasiya oluna bilərlər  |    

“Bu günə qədər mənəviyyatımı qoruya bilmişəm” - Abutalıbov

Baş nazirin müavini Hacıbala Abutalıbov mətbuatda onunla bağlı yayılan məlumatlara münasibət bildirib.

Median.Az
xəbər verir ki, sabiq mer qafqazinfo-ya açıqlamasında bildirib ki, onun haqqında verilən informasiyalar yalan və iftiradır: "Yalan ayaq tutar, yeriməz. Verilən informasiyalarla dərc olunmuş sənədlər tamamilə bir-birini təkzib edir. Bu informasiyaları ötürən şəxs dövlət əmlakını mənimsəmə və vergidən yayınmaqda təqsirli bilinərək Cinayət Məcəlləsinin 179-cu və 213-cü maddələri ilə məhkum olunmuş Vidadi Əliyevdir. Bu, onun sənədləri saxtalşadırma yolu ilə mənimsəmə və qanunsuz olaraq tikdiyi obyektlər haqqında məlumatlar aidiyyatı dövlət orqanlarına məlum olduqdan sonra öz gördüyü işləri ört-basdır etməyə çalışması və ona nail olmadıqda əvvəllər - məhkum olunduğu vaxtda istifadə etdiyi böhtan dolu bir şantajdır.

Özəlləşdirmə ilə əlaqədar verilən informasiyaların mənə heç bir aidiyyatı yoxdur. Əminəm ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi qanunsuz olaraq heç bir obyekti özəlləşdirmir və özəlləşdirə də bilməz. Mən bu günə qədər mənəviyyatımı qoruya bilmişəm. Bundan sonra da yüz qat qorumalıdır və qorumağa çalışacağam. Zəhərli ilanın nə qədər günahı varsa da, ona zəhərverən koramalın günahı isə çox-çox böyükdür".

Bir sıra saytlarda yayılan məlumatlarda Hacıbala Abutalıbovun Bakı şəhər İcra hakimiyyətinin rəhbəri vəzifəsini icra edərkən dövlət əhəmiyyətli binaları öz qohumlarının adına qeyri-qanuni özəlləşdirməsi, sahibkarların mülklərini əlindən alması və icra hakimiyyətinin tikinti işlərini görən fəhlələrin məvacibini veməməsi ilə bağlı iddialar yer alıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 306 29.04.19 20:30