Qida təhlükəsizliyi sahəsində mövcud laboratoriyalar şəbəkəsi optimallaşdırılacaq, müasir tələblərə cavab verən yeni laboratoriyalar yaradılacaq və maddi-texniki təchizatı təmin ediləcək.
Median.Az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Sənəddə qida təhlükəsizliyi sahəsində milli istinad laboratoriyasının yaradılmasının da nəzərdə tutulduğu qeyd edilib.