“Üzünü it parçalayan 2015-ci il təvəllüdlü Hüseyn Məmişov 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) sol yanaq və qulaq önü nahiyələrinin, sağ üz qapağının dişlənmiş, cırılmış yaraları diaqnozu ilə aprelin 16-da daxil olub”.
Bu barədə “Report”a açıqlamasında KTM-in həkimi Qənirə Əhmədova məlumat verib.
Onun sözlərinə görə, hazırda uşağın vəziyyəti stabil və kafidir: “Toxuma çatışmazlığı var idi, yaraları kifayət qədər dərin və böyük idi. Əməliyyat olundu və üzündə problem qalmayacaq. Müalicəsi davam edir və palataya köçürülüb. Bütün peyvəndləri vurulub, sabaha da daha bir vaksin vurulacaq. Sxem üzrə bütün müalicə üsulları tətbiq edilir. Tikişləri sökülənə qədər xəstəxanada qalacaq”.