Bakıda teplovozdan yıxılan maşinist ölüb.
Hadisə Bakının Nəriman Nərimanov rayonu ərazisində qeydə alınıb.
Belə ki, rayonun Z.Bünyadov prospektində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus olan teplovoz Keşlə stansiyasından keçən istiqamətdə bədbəxt hadisə baş verib.
Maşinist Çıxkərimov Nizami Hacıkərim oğlu Keşlə stansiyasından “Bakı Metropoliteni”nə gedən dəmiryolu xəttinin üzərində olan işıq kabelini qaldırmaq üçün teplovozun üzərinə çıxıb və ehtiyatsızlıq səbəbindən oradan yıxılıb. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Prokurorluqda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başladılıb.
//oxu.az